() — aləminin dəstəsinin fəsiləsinə aid bitki cinsi.
Meyvə portuqal əsilli braziliyalı botanik Xuan da Silva Feyxonun şərəfinə adlandırılmışdır.
Arealı Paraqvayın qərbində, Braziliyanın cənubunda və Argentinada təbii halda bitir. Krım, Soçi və Batumidə geniş sahələrdə əkilib becərilir.
Botaniki xarakteristikası Hündürlüyü 6 m olan, həmişəyaşıl, alçaq gövdəli ağac və ya koldur. Budaqları bozumtul-sarı qabıqlıdır. Yarpaqların uzunluğu 4-6 sm olub, üzbəüz düzülüşlü, sadə quruluşlu, səthi qalın-dərivari, formaca ellipsvaridir. Üstdən tünd yaşıl, parlaq, altdan gümüşü-bozumtul tükcüklüdür. Çiçəkləri birevli, iri və tək-tək yerləşir. Uzun saplaqlı, ləçəkləri 4 olub, çəhrayı rəngli və ətirlidir. Kasacığı meyvənin üzərində qalır və tükcüklüdür. Erkəkciyi çoxsaylı, tozcuğu kürəvaridir. Yumurtalığı 4 yuvalı, sütuncuğu yoğunlaşmış və ya saçaqlı ağızcıqlıdır. İyun ayında çiçəkləyir. Meyvəsinin uzunluğu 8 sm-ə çatan, uzunsov ovalvari, turşməzə tamlı, şirəli, xırda toxumlu giləmeyvədir. Oktyabr-noyabr aylarında yetişir.
Ekologiyası Rütubətli, zəngin torpaqlarda bitir. İstisevəndir, işıqlı, günəşli ərazilərdə yaxşı inkişaf edir.
Azərbaycanda yayılması Astara və Lənkəranda geniş sahədə feyxoa bağları vardır. Tək-tək növlərinə Bakı, Gəncə, Göyçay, Balakəndə və s. bölgələrdə təsadüf edilir.
İstifadəsi Meyvəsindən yeyinti sənayesində geniş istifadə olunur.
Əhəmiyyəti Feyxoa meyvəsinin əhəmiyyətli xüsusiyyətlərindən biri, onda suda həll olunan yod birləşmələrinin olmasıdır. Ən çox yod ehtiyatı olan bitkilərdəndir. Bir kiloqram təzə feyxoa meyvəsində 2-dən 10 mq-a qədər yod vardır. Ona görə də, orqanizmdə yod çatışmazlığı nəticəsində baş verən xəstəliklərdə xüsusilə faydalıdır.
Aterosklerozda və qalxanvari vəzinin xəstəliyində feyxoa qəbul etməyin profilaktik və müalicəvi əhəmiyyəti vardır.
Növləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1941-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Tropik meyvələr Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:20–24 ID olan Taksonbar