Ayopeçan adası — Şərqi Sibir dənizində, Çaun körfəzində yerləşən ada. İnzibati cəhətdən Çukotka Muxtar Dairəsinin Çaun rayonu ərazisinə daxildir.

Toponim Çukot dilindən tərçümədə "Ayon adasına bənzər" mənasını verir.

Fiziki coğrafi xüsusiyyətləri Ayopeçan adası Çaun körfəzinin cənubunda yerləşir. Adanın relyefi hamar və alçaqdır. Maksimal hündürlük 9 metrdir. Çoxlu sayda göllərə sahibdir (ən iriləri — Dvoynoe, Utyonok). Ərazisi bataqlıqlaşmışdır.

Sosial və elmi əhəmiyyəti 1970–1995-ci ildə adada bioloji stansiya fəaliyyət göstərirdiсост. А. В. Андреев. Усть-Чаун // Водно-болотные угодья России. — Москва: Wetlands International, 2001. — Т. IV. — 296 с. — ISBN 90-5882-986-3.. Hazırda stansiyadada mövsümü botanik, terioloji, ornitoloji, ixtioloji və etnomoloji işlər aparılır.

İstinadlar

Kateqoriya:Çukot Muxtar Dairəsinin adaları Kateqoriya:Şərqi Sibir dənizi adaları