"Virtus" (İtalyan dilində:Virtus) — Boloniya şəhəri təmsil edən İtaliya basketbol klubu.

Tarixi "Virtus" basketbol komandası hələ XIX əsrin sonlarında tələbələrdən ibarət komanda kimi yaranmış, 1927-ci ildə rəsmi klub statusu almış və dərhal Basketbol üzrə İtaliya çempionatında əsas klublardan biri olmuş, dəfələrlə İtaliya çempionatının və ölkə kubokunun qalibi olmuşdur. "Virtus" basketbol komandası Avropa çempionlar kubokunda ilk uğuru 1981-ci ildə qazanmışdır. Həmin il Amerikalı məşqçi Terri Driskollanın rəhbərliyi ilə Virtus komandası finala qədər irəliləmiş, yalnız finalda 1 xal fərqlə İsrailin Makkabi basketbol klubuna (Tel-Əviv) məğlub olmuşdur.

Bu turnirdə əsas müvəffəqiyyət "Virtus" basketbol komandasının baş məşqçi Ettore Messinanın vəzifəsinə keçməsi nəticəsində mümkün olmuşdur. Artıq 1998-ci ildə final turunda Yunanıstanın AEK basketbol klubunu (Afina) məğlub edərək Avropa çempionlar kubokunu qazanmışdır. Növbəti ildə də "Virtus" basketbol komandası Avropa çempionlar kubokunun "Jalgiris" basketbol komandası ilə final mərhələsinə çıxsalar da, bu dəfə uğur litvalıların tərəfində olmuşdur.

İki ildən sonra, 2001-ci ildə "Virtus" basketbol komandası finalda Vitoriyanın "Tauqres" komandasına qalib gələrək ikinci dəfə Avropa çempionlar kubokuna yiyələndi. 2002-ci ildə "Virtus" final mərhələsində "Panatinaiskos basketbol klubuna məğlub olmuşdur, bu komandanın son nailiyyəti oldu. Bu oyundan sonra komandanını əsas sponsoru olan Ferrero şokolad fabrikinə məxsusu Kinder zavodunun "Virtus" komandasını tərk etməsi nəticəsində ciddi maliyyə problemləri yarandı. 2003-cü ildə A seriyası üzrə 18 komanda arasında 14-cü yeri tutan "Virtus" komandası aşağı liqaya keçdi"Virtus Bologna is no more." La Gazzetta dello Sport, Roma, 4 August 2003. Retrieved on 3 June 2015."Virtus is out, Messina retaken." , Messaggero Veneto – Giornale del Friuli via Lega Basket Serie A, 1 September 2003. Retrieved on 3 June 2015., yalnız 2005-ci ildə komanda bu liqadan çıxa bildi və iki il sonra finalda "Siene" komandasına uduzaraq gümüş medal qaznmağa müvəffəq oldu. 2009-cu ildə Çağırış kubokunun qalibi oldu. Hazırda A2 seriyası üzrə çıxış edir.

Titullar thumb|220px|Futurşou stadionu və ya Unipol Arena Çempionlar kubokunun qalibi (2 dəfə): FİBA Avropa liqası 1997–1998|1998, Avropa Llqası 2000–2001|2001 Çempionlar Kubokunun finalçısı (3 dəfə): FİBA Çempionlar kuboku 1980–1981|1981, FİBA Avropa liqası 1998–1999|1999, Avropa liqası 2001–2002|2002 Basketbol üzrə İtaliya çempionu (15 dəfə): 1946, 1947, 1948, 1949, 1955, 1956, 1976, 1979, 1980, 1984, 1993, 1994, 1995, 1998, 2001 İtaliya Kuboku (8 dəfə): 1974, 1984, 1989, 1990, 1997, 1999, 2001, 2002 Kuboklar kubokunun qalibi (1 dəfə): 1990 Çağırış kubokunun qalibi: Çağırış kuboku 2008–2009|2009 İtaliya superkuboku (1 dəfə): 1995

İstinadlar

Kateqoriya:Əlifba sırasına görə basketbol klubları Kateqoriya:İtaliya basketbol klubları Kateqoriya:1927-ci ildə yaradılmış basketbol klubları