Hacıniyaz (tam adı: Hacıniyaz Kosıbay ulı; ) — XIX əsr qaraqalpaq ədəbiyyatının görkəmli nümayəndəsi.Nizami Məmmədov-Tağısoy. "Qaraqalpaq ədəbiyyatı." Bakı, "Elm və təhsil", 2015, səh. 226, anl.az

Hacıniyazın əsərləri ilə qaraqalpaq poeziyası yeni mərhələyə qədəm qoymuşdur.

Həyatı Hacıniyaz 1824-cü ildə Amudəryanın Aşamaylı-Kıyat aulunda varlı ailədə anadan olmuşdur.

Dövrünə görə geniş təhsil almaqla ana dili ilə yanaşı digər türk dillərini – özbək və türkmən dillərini mənimsəmiş, fars və ərəb dillərini mükəmməl şəkildə bilmişdir.Nizami Məmmədov-Tağısoy. "Qaraqalpaq ədəbiyyatı." Bakı, "Elm və təhsil", 2015, səh. 227, anl.az Əvvəlcə Şirqazi mədrəsəsində, daha sonra isə Kutlmurat-inak mədrəsəsində təhsilini davam etdirmişdir.

Təhsilini başa vurduqdan sonra səyahətə çıxmış, qazaxların, noğayların, başqurdların həyatı ilə yaxından tanış olmuşdur.

Hacıniyaz şair olmaqla yanaşı son dərəcə istedadlı natiq və gözəl musiqiçi olmuşdur.

O, həm də Məhdimqulunun əsərlərinin qaraqalpaq dilinə tərcüməçisi kimi tanınmaqdadır.

1858–1859-cu illərdəki Konqrad üsyanında Xarəzm qaraqalpaqları, qazaxlar və özbəklərlə birgə iştirak edən Hacıniyaz Bozatau kəndində xan ordusu tərəfindən əsir götürülmüşdür.Nizami Məmmədov-Tağısoy. "Qaraqalpaq ədəbiyyatı." Bakı, "Elm və təhsil", 2015, səh. 228, anl.az

O, 1878-ci ildə vəfat etmişdir.

Yaradıcılığı Şairin poeziyası öz musiqililiyi, ciddi qafiyəyaradıcı elementləri, intonasiya bitkinliyi, uğurlu müqayisələr, bədii təsvir vasitələri ilə çox zəngindir.

Hacıniyaz yaradıcılığında müasiri olan Günxocanın yaradıcılığından bəhrələnmiş;Nizami Məmmədov-Tağısoy. "Qaraqalpaq ədəbiyyatı." Bakı, "Elm və təhsil", 2015, səh. 223, anl.az Firdovsi, Sədi, Hafiz, Nizami, Nəvai, Füzuli, Məhdimqulu və başqalarının yaradıcılığını dərindən mütaliə etmişdir.

Əsərlərini yalnız öz ana dilində deyil, həm də özbək dilində yazmışdır.

Qaraqlapaq poeziyasında ilk dəfə klassik janrlardan olan "müxalles" () janrından istifadə etmişdir.

Şeirləri Hələ gənclik illərində ikən onun şeirləri nəinki qaraqalpaqlar, həm də qazaxlar arasında məşhur olmuşdur.

"Ölkəm var", "Ah, Dariyxa", "Menqli adlı qızla yarış" və sair əsərlərində, o, bir tərəfdən, gəncliyi, sevgini, gözəlliyi tərənnüm etmişsə də, digər tərəfdən də, eyni zamanda insanlardakı qüsurlu cəhətləri tənqid atəşinə tutmuşdur.

İfaçılığı Hacıniyaz aytısın () mükəmməl ifaçısı kimi tanınır. Xüsusən onun qazax şairəsi Menqli Qızla birgə aytısı daha çox diqqət cəlb edir. İki şairin aytısı 1878-ci ildə Daşkənddə çıxan "Türküstan vilayətinin qəzetəsi"ndə nəşr olunmuşdur.

Əsir düşdükdən sonra "Bozatau" tarixi nəğməsini yazmışdır ki, bu nəğmə Hacıniyazın bəstələdiyi musiqi ilə ifa olunmuş və nəğmədə hüznlü hisslər daha böyük üstünlük təşkil etmişdir. Çünki həmin vaxt xalqın bir hissəsi məhv edilmiş, digər bir hissəsi isə qula çevrilmişdir.

Həmçinin bax Jien Jırau Günxoca

İstinadlar

Xarici keçidlər Kateqoriya:Qaraqalpaqlar Kateqoriya:Qaraqalpaq şairlər Kateqoriya:Özbəkistan şairləri