Lev Trotskinin ev-muzeyi () — Lev Trotskiyə həsr olunmuş muzey. Muzey Koyoakan rayonunda (hazırda Mexikonun tərkibindədir), Trotskinin həyatının son aylarını yaşadığı və qətlə yetirildiyi evdə yerləşir.

Tarixi Lev Trotski Meksikaya 1937-ci ildə, ona siyasi sığınacaq verən Meksika prezidenti Lasaro Kardenasın şəxsi dəvəti ilə gəlib. Trotski 1937–1939-cu illərdə Koyoakanda, hazırda Frida Kalonun ev-muzeyinin yerləşdiyi Frida Kalo və Dieqo Riveranın "mavi evində" yaşayıb. 1939-cu ilin aprelində Trotski siyasi fikir ayrılığı səbəbindən qonşu küçədəki evə köçməli olur.

1940-cı ilin may ayında evdə stalinçi David Sikeyrosun başçılıq etdiyi qrup tərəfindən Trotskiyə qarşı ilk uğursuz sui-qəsd cəhdi olub. Evdə Trotskiyə qarşı ikinci sui-qəsd 1940-cı il avqustun 20-də NKVD agenti Ramon Merkader tərəfindən həyata keçirilib.Walsh, Lynn, The Assassination of Trotsky , Militant International Review, Summer 1980; retrieved 29 July 2007Enrique Soto-Perez-de-Celis MD, The Death of Leon Trotsky, Neurosurgery 67: 417–423, 2010 Trotski sui-qəsddən bir gün sonra vəfat edib.

1990-cı il avqustun 20-də muzeyin rəsmi açılışı olub.

Ekspozisiya Muzeydə siyasətçinin şəxsi əşyalarını, sənədlərini, böyük kitabxanasını və ilk uğursuz sui-qəsddən "xatirə qalan" güllələrlə dəlik-deşik edilmiş divarı görmək olar. Muzeyin həyətində Lev Trotskinin və həyat yoldaşı Natalya Sedovanın məzarları yerləşir.

Qalereya

İstinadlar

Xarici keçidlər

Museo Casa de León Trotsky Дом-музей Льва Троцкого в Мехико-Сити. Фотографии Петр Вайль. В гостях у Троцкого

Kateqoriya:Mexiko muzeyləri Kateqoriya:1990-cı ildə yaradılmış muzeylər Kateqoriya:Lev Trotski Kateqoriya:Trotskizm