Əzizov Əyyub Teymur oğlu () — kimya elmləri namizədi, professor, kafedra müdiri, Respublikanın əməkdar müəllimi.

Həyatı Əyyub Əzizov 12 avqust 1934-cü ildə Ermənistanın Zəngibasar rayonu Mehmandar kəndində anadan olub. 1948-ci ildən Azərbaycanın Ağcabədi rayonuna departasiya olunub. 1953–1957-ci illərdə Azərbaycan Dövlət Pedoqoji Universitetində Təbiət və Kimya fakültəsində tələbə olmuşdur.1957–1961-ci illərdə Ağcabədi rayonu Xəlfərəddin orta məktəbində müəllim işləmişdir.1961–1964-cü illərdə BDU-da aspirant olmuşdur.1961–1969-illərdə AMEA Qeyri-üzvi və Fiziki kimya institutunda baş elmi işçi işləmişdir. 1969-cu ildə BDU-da Qeyri-üzvi kimya kafedrasında müəllim. 1971–1987, BDU Qeyri-üzvi kimya kafedrası, dosent.

1987-ci ildən BDU "Kimyanın tədrisi metodikası" kafedrasına k.e.n., prof. Ə. T. Əzizov rəhbərlik edir.

Tədqiqat sahəsi Kimyanın tədrisi metodikasının aktual problemləri

Seçilmiş əsərləri Əzizov Ə. T., Haqverdiyev K. N. Kimyaçı bakalavr ixtisası üzröə dövlət universitetləri üçün fənn proqramları, 2003. Ə. T. Əzizov, R. Ə. Azadəliyev, Ə. V. Məhərrəmov, T. N. Abdullayeva, Kimya tədrisinin müasir problemləri, "Renessans" elmi-istehsalat mərkəzi. AR prezidenti H. Ə. Əliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı-2003, səh. 57–58 Əzizov Ə. T., Haqverdiyev K. N., Məhərrəmov Ə. V. Magistr hazırlığı üçün "Kimyanın tədrisi metodikası" fənnindən proqram, 2006, 37 səh. əktəbdə. Elmi-nəzəri və metodik məcmuə. Bakı-2007, səh. 78–87. Əzizov Ə. T., Paşayeva A. Ə. Orta məktəbdə yeni materialların təlimə daxil edilməsi problemləri. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəbərlər № 2, Bakı-2007, səh. 115–118. Ə. T. Əzizov, R. Ə. Azadəliyev, İ. H. İbadov, Kimyəvi maddələrin təsirindən ətraf mühitin çirklənməsi və onunla mübarizənin şagirdlərə öyrədilməsi, Akademik H. Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Ekologiya: Təbiət və cəmiyyət problemləri" beynəlxalq elmi konfransı, Bakı-2007, səh. 424–426

Kitablar Qeyri-üzvi kimyanın tədrisinə aid praktikum. Bakı-1998, 57 səh. Kimya tarixinə dair materiallar. Bakı-1999, 273 səh. Kimyanın tədrisində görkəmli alimlərin həyat və yaradıcılığına dair materialların öyrədilməsi. Bakı-2000, 113 səh. Kimya təliminin prinsipləri, üsulları, priyomları. Bakı-2002, 248 səh. Kimya tədrisi metodikası, I hissə, Bakı-2005, 368 səh. Kimyanın tədrisi metodikası, II hissə, Bakı-2006, 393 səh. Kimya tədrisi üsulu praktikumu. Bakı-2008, 184 səh.

İstinadlar

Xarici keçid http://bsu.edu.az http://chemistry.bsu.edu.az

Kateqoriya:Kimya üzrə fəlsəfə doktorları