Təbii yayılması: Qafqazda geniş yayılmışdır.

Botaniki təsviri: Hündürlüyü 50-75 sm olan, yarpağı tökülən koldur. Gövdələri və budaqları şaxələnmiş, nazik, bəzən iynəli, cavan zoğları boz, qabığı qırmızımtıl-bozdur. Yarpaqları cavan budaqları sıx örtür, uzunluğu 0,8-2 sm, enli, tərs-yumurtavari, ellipsvari və ya təxminən yumru, küt və ya ucu biz, kənarları dalğalı-qıvrım, çılpaq, möhkəm, cod, tutqun yaşıl, cüt xırda yarpaqlıdır. Çiçəklərin diametri 0,8 sm, çəhrayıtəhər, nazik çiçək saplaqlarının uclarında yerləşir. Çoxsaylı qısa budaqların uclarında uzunluğu 3-5 sm olan uc salxımlar formalaşır. Çiçək yanlığının içəri hissələrinin uzunluğu 0,6 sm, meyvələrdə qalan və daha sıx, çəhrayı-qırmızı rəngə boyanandır. Toxumca meyvəsi qozaşəkilli, üç hissəlidir. İyun-iyulda çiçəkləyir.

Ekologiyası: -230C-dək şaxtaya davamlıdır. Quraqlığadavamlı, işıqsevən, qumsal, şoran torpaqlarda bitir.

Azərbaycanda yayılması: Xəzəryanı ərazilərdə Naxçıvan, Altıağac istiqamətində təbii halda yayılmışdır.

İstifadəsi: Heyvanlar üçün yem kimi istifadə olunur. Yaşıllaşdırmada və sənayedə istifadəsi öyrənilməmişdir.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov

Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. İstinad Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh

Kateqoriya:Dəvəqıran