Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri («Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası». Ankara, Tapu ve Kadastro Kuyud-i Kadime Arşivi, №199, ss.l 1 1-191) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd.Musa Urud. «Zəngəzur» (PDF), Bakı, Nurlar nəşriyyatı, 2005. «VI hissə. Zəngəzur arxivlərin güzgüsündə» hissəsi, Əlavə 1, səh. 401.
XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.
Həmçinin bax İrəvan əyaləti Urud livası İsgəndərqalası livası
İstinadlar
Kateqoriya:İrəvan əyaləti