() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Vətəni Şimali Amerikadır.
Botaniki xarakteristikası Hündürlüyü 45 m, gövdəsinin diametri 180 sm-ə çatan ağacdır. Açıqlıqda bitən ağacların çətiri iri və çadırvaridir. Gövdəsinin qabığı tünd-qəhvəyi rəngdə olub, qeyri-bərabər dərin çatlıdır. Cavan zoğları seyrək tükcüklü, tumurcuğu çılpaqdır, ipəyəoxşar, 4 pulcuqlu, yumurtavari formalıdır. Yarpaqları təklələkvari, 7-12 cüt ovalşəkilli–neştərvari və ya uzunsov-neştərvari yarpaqcıqdan ibarətdir. Yarpaqcığın alt üzü seyrək tükcüklü, üstdən çılpaqdır. Bəzən təpə yarpaqcığı zəif inkişaf edir və tez düşür. Erkəkcikli sırğaların uzunluğu 6-15 sm-dir. Dişicikli çiçəklərin 3-5-i bir yerdə yerləşir. Meyvəsinin diametri 6 sm, kürəvaridir. Meyvəyanlığı açılmır, quruyub meyvəyə yapışır. Qabığı çətin sınandır. Toxumla, qələmlərlə çoxaldılır. Aprel-may aylarında çiçəkləyir, sentyabr-oktyabr aylarında meyvəsi yetişir.
Ekologiyası Tez böyüyən, şaxtaya və quraqlığa davamlı, işıqsevən, torpağa tələbkar ağacdır.
Azərbaycanda yayılması Mədəni şəraitdə Lənkəranda, Gəncədə, Dağlıq Qarabağda, Zaqatalada, Abşeronda az-az hallarda tək-tək və ya kiçik qruplarda rast gəlinir.
İstifadəsi Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür. Gözəl çətirli, iri, dekorativ ağacdır. Mebel istehsalında istifadə olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çərəzlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları