Yavərkənd -İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazisində kənd.
Toponimikası Rayon mərkəzindən 18 km şimal-şərqdə, Ağkəndin yanında yerləşirdi. Burada 1922-ci ildə 2 nəfər azərbaycanlı yaşamışdır. 1924-25-cı illərdə kənd ləğv edilmişdir. İndi xaraba kənddir.
Toponim Azərbaycan dilində «yuxarı rütbəli zabitlərin yanında xidməti tapşırıqları və ya qərargah işlərini yerinə yetirən kiçik rütbəli hərbi vəzifəli şəxs» mənasında işlənən yavər sözü ilə kənd coğrafi nomeni əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Mürəkkəb quruluşlu toponimdir İbrahim Bayramov Qərbi Azərbaycanın Türk Mənşəli Toponimləri Bakı,Elm,2002
İstinadlar
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə http://www.erevangala
Kateqoriya:Şərur-Dərələyəz qəzasının kəndləri