() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avropa və Balkan yarımadalarında yayılmışdır.

Botaniki xarakteristikası 3-6 m hündürlükdə olan koldur. Yarpaqları qısa, göyümtül, 7-9 sm uzunluğunda, 3-4 cüt yarpaqcıqdan ibarətdir. Yarpaqcıqları 16-25 mm uzunluğunda, 10-15 mm enində, tərs-yumurtavari və ya ellipsvaridir. Ucu kütdür. May-iyun aylarında çiçəkləyir. Hər bir salxımda 4-7 ədəd çiçək yerləşir. Kasacıqları borucuqvaridir. Dişicikləri enli, üçbucaq şəklindədir. Tacı sarı, uzunluğu 20-23 mm-ə qədər, kürəkləri qayıqcıqdan xeyli uzundur. Yumurtalığı çılpaqdır. Paxla saplaqlı, şişkin, şəffaf, çoxtoxumludur. Paxlaların uzunluğu 5-6 sm, eni 2-2,5 sm-ə qədər, üzəri çılpaq olub, uc hissəsi qatlanan, yetişən zaman açılmır. İyul-avqust aylarında yetişir. Toxumla asanlıqla çoxalır.

Ekologiyası Quraqlığadavamlı və işıqsevən, dekorativ bitkidir. Qrup halında becərmək üçün yararlıdır.

Azərbaycanda yayılması Kiçik Qafqazda aşağı və orta dağ qurşaqlarında təsadüf edilir.

İstifadəsi Yarpaqlarının ekstraktından hazırlanan həlimi işlətmə xəstəliyində istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası