Konstantin Maksimoviç Abramenko (; ) — daha çox "Dyadya Kostya" kimi tanınan SSRİ və Azərbaycan idman xadimi, məşqçi. "Azərbaycan SSR əməkdar məşqçisi" və "Əməkdar bədən tərbiyəsi və idman işçisi"."Bədən tərbiyəsi və idman işçilərinin bir qrupuna "Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi" fəxri adı verilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 31 yanvar 1991-ci il tarixli, 153 nömrəli Fərmanı

Həyatı Konstantin Abramenko 15 noyabr 1923-cü ildə Gəncədə anadan olub. Gənc yaşlarında Gəncə dəmir yolu sistemində adi qaynaqçı kimi çalışıb. O dönəmlərdə futbola həvəsi olan Abramenko, uşaqları düşünərək, elə vağzalətrafı mikrorayonda öz gücü və vəsaiti ilə "Lokomotiv" adlı kiçik stadion qurub. Onun yetirmələri sırasında Maşalla Əhmədov, Asif Əliyev, Mehman və Füzuli Allahverdiyev qardaşları, Əli Rəhimov, Xaliq Mərdanov, Mahmud Qurbanov, Cavid Əhmədov, Rövşən Əhmədov, Anar Kələntərov, Fazil Pərvərov, Yunis Hüseynov və Ceyhun İmamquliyev kimi futbolçular var.

Konstantin Abramenko 28 noyabr 2005-ci ildə Gəncədə vəfat etmişdir. Gəncə Fəxri Xiyabanında dəfn edilib.Unudulmuş Abramenkoyla bitən era - LAYİHƏ. futbolinfo.az, 21.04.2016 .

Ailəsi Bir qızı var. O da atası vəfat etdikdən sonra evi satıb, Rusiyaya, qohumlarının yanına köçmüşdür.

Mükafatları Azərbaycan SSR əməkdar məşqçisi: 1981 Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçisi: 1991

İstinadlar

Xarici keçidlər Konstantin Abramenkonun məzarı

Kateqoriya:Azərbaycan rusları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:Azərbaycan SSR əməkdar bədən tərbiyəsi və idman işçiləri