Baku Marshals Club Bakı Şəhər Halqası Əməliyyat Komitəsi tərəfindən təsis edilib. Baku Marshals Club marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirləri təşkil edir, müsahibələr və təlimlər keçirir , eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur. Klubun əsas hədəfləri arasında Azərbaycanda Marşalaşma ənənələrini genişləndirmək və inkişaf etdirmək, dünyanın digər Marşal klubları və icmalarla təcrübə mübadiləsi və ünsiyyət qurmaqdır . Bakı Marşal Klubu , klub üzvləri arasında komanda ruhunu gücləndirmək və inkişaf etdirmək üçün müxtəlif motivasion, məlumatlandırma və komanda yaratma tədbirlərinin təşkili üçün məsuliyyət daşıyır. Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. Formula 1 aləmində Marşallara həmçinin Yarış Rəsmiləri də deyilir. Onların işi Formula 1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.
Ulduz elçisi Mayın 6-da Marriott Abşeron hotelində təşkil olunmuş tədbirdə BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai marşalların ulduz elçisini ictimaiyyətə təqdim edib. Ulduz elçinin təqdim olunmasından sonra BŞH-nin əməliyyatlar şöbəsinin müdiri və eyni zamanda BMK-nın rəhbəri vəzifəsini icra edən Çingiz Mehdiyev bildirib ki, Azərbaycanda marşallıq fəaliyyətinə daha geniş maraq oyatmaq və Formula-1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib.
Xarici keçidlər
KİV-də məqalələr Formula-1 üzrə Azərbaycan Qran-prisinin marşal proqramına qeydiyyat başlayıb (Azertag.az) Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir (Az.trend.az) Marşal Proqramına qeydiyyat başladı (Sputnik.az) Marşal (Bakucitycircuit.az) Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub (Azertag.az) Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub (Asanradio.az)
Mənbə Bakı Marşal Klubu Bəhreyn təcrübəsini öyrənir. Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olunub.
Sosial Hesabları Baku Marshals Club Facebook-da. Baku Marshals Club Instagram-da.
İstinadlar
Həmçinin bax Marşal (Formula 1) Avropa Qran Prisi Bakı Şəhər Halqası
Kateqoriya:Bakıda idman Kateqoriya:Formula 1