Hüseyn Turqut () — İrəvan xanlarının nəslindən olan, Türkiyə Silahlı Qüvvələrinin general-mayoru.

Birinci Dünya müharibəsində və Türkiyə İstiqlaliyyət Müharibəsində iştirak edib. 30 il Türkiyə Hərbi Hava Qüvvələrində xidmət edib.

Həyatı Hüseyn Turqut 1900-cü ilin noyabr ayında İrəvan şəhərində anadan olub. Orta təhsilini İrəvan şəhər gimnaziyasında alıb.

1917-ci il Oktyabr inqilabından sonra İrəvanda ermənilərin törətdikləri özbaşınalıqlardan sonra ailə üzvləri ilə birlikdə Naxçıvana köçüb. Bir müddət Naxçıvanın müdafiəsində iştirak etdikdən sonra ailəsi ilə vidalaşıb Türkiyəyə gedib.

Türkiyədə 135px|thumb|left|Hüseyn xan Turqut Türkiyə Hərbi Hava Qüvvələrində Hüseyn Turqut 1918-ci ildən Osmanlı ordusuna qoşularaq Birinci Dünya müharibəsində iştirak edib. IV kolordunun 5-ci tüməninin tərkibində, daha sonra isə Doğu Bəyaziddə 11-ci tümənin tərkibində döyüşlərdə olub. Savaşın son aylarında doğu ve güneydoğu cəbhələrində göstərdiyi üstün xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub.

Türkiyə İstiqlaliyyət Müharibəsi başladıqdan sonra şərq cəbhəsində leytenant rütbəsi ilə Qarsın, Sarıqamışın və Gümrünün işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. Atatürk tərəfindən "İstiqlal" medalı ilə təltif edilib. Savaşın bitməsindən sonra da orduda qalaraq hərbi xidmətini davam etdirib. Türkiyənin cənub şərqində baş qaldıran kürd üsyanlarının yatırılmasında iştirak edib.

1930-cu ilə qədər Ankarada mühafizə alayında xidmət edən Hüseyn Turqut xidmətdə fərqləndiyinə görə, Hərbi Hava Qüvvələrinə təyinat alıb. 1932-ci ildə pilotlar arasında keçirilən yarışda uğurlu nəticə göstərən beş pilotdan biri olduğu üçün, yenilikləri izləmək və təlimlərdə iştirak etmək üçün Fransaya göndərilib. Fransada keçirilən təlimlərdə yüksək nəticələr göstərərək geri qayıdıb. 6 dil bilən Hüseyn Turqut 1934-cü ildən 1946-cı ilə qədər Türkiyə Hərbi Hava Qüvvələri üçün yeni pilotların yetişdirilməsində iştirak edib. Türk Hava Qüvvələrində "Junge dayı" ləqəbi ilə tanınıb.

1946-cı ildə ağır qəzaya düşüb. Bu qəzadan sonra səhhəti təlim keçməsinə imkan vermədiyi üçün Hərbi Hava Qüvvələrində başqa müxtəlif vəzifələrdə çalışıb. 1960-cı ildə 42 illik xidmətindən sonra tümgeneral rüstbəsi ilə təqaüdə çıxıb.

Hüseyin Turqut 1971-ci ilin noyabr ayında Ankarada vəfat edib. Xüsusi hərbi mərasimlə Ankara şəhərində Cebeci Hərbi Şəhidliyində dəfn edilib.

Ailəsi 150px|thumb|right|Hüseyn xan Turqut həyat yoldaşı Ləman Hattusas ilə birlikdə. Atası İrəvan xanlarının nəslindən olan Abbasqulu xan İrəvanskinin oğlu Həsən xan Turqut anası isə Bəhmən mirzə Qovanlı-Qacarın qızı şahzadə Nuraleyin xanım Qovanlı-Qacardır. Qardaşı Fərid xan, Sami xan adlı qardaşları, Rüxsarə və Adilə adlı bacıları olub.

Hüseyin xan Turqut 1936-cı ildə Ləman Hattusas ilə ailə həyatı qurub. 1940-cı ildə Nur adlı qızları, 1946-cı ildə isə Turxan adlı oğlanları anadan olub.

Mükafatları class=ve-pasteProtect|50x50px — 1918-ci ildə şərq və cənub şərq cəbhələrində göstərdiyi xidmətlərə görə "Dəmir Hilal" döş nişanı ilə təltif olunub. class=ve-pasteProtect|50x50px — 1923-cü ildə Türkiyə İstiqlaliyyət Savaşında göstərdiyi xidmətlərə görə "İstiqlal" medalı ilə təltif edilib.

Həmçinin bax Cahangir Bərkər Baba Behbud Aslan Berkan

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər Hüseyn xan Turqut / Belə belə işlər

Kateqoriya:İrəvanskilər Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Türkiyə generalları Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Türkiyə İstiqlaliyyət müharibəsində iştirak edən azərbaycanlılar Kateqoriya:Türkiyə azərbaycanlıları