Hadisələr Yanvar 17 yanvar — Azərbaycan Dövlət Dram Teatrının yaradılması. 25 yanvar — Naxçıvan MSSR-in I Sovetlər qurultayının açılması. 27 yanvar — Azərbaycan Kommunist (b) Partiyasının IV qurultayının keçirilməsi.
Fevral 15 fevral — Haaqada (Niderland) Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılması. II Dünya müharibəsindən sonra Haaqa Beynəlxalq Tribunalı fəaliyyətə başlaması. 28 fevral — İngiltərənin Misir üzərində protektoratlığının ləğv edilməsi.
Mart 12 mart — Bolşevik Rusiyasının təşviqi ilə gələcək SSRİ-nin təməli kimi üç Cənubi Qafqaz respublikasının (Azərbaycan, Gürcüstan, Ermənistan) ittifaqının - Zaqafqaziya Sovet Sosialist Respublikaları Federativ İttifaqının yaradılması.
Aprel 16 aprel — Almaniya ilə Sovet Rusiyası arasında imzalanması. 28 aprel—3 may — II Ümumazərbaycan Sovetlər qurultayının keçirilməsi.
İyun 14 iyun — Böyük Başqırdıstan MSSR-in yaradılması.
Oktyabr 20 oktyabr — Azərbaycan SSR MİK-i tərəfindən latın əlifbasının əski əlifba ilə bərabər hüquqa malik olması haqqında dekretin verilməsi.
Noyabr 2 noyabr — C. Məmmədquluzadənin redaktorluğu ilə nəşrini davam etdirən "Molla Nəsrəddin" satirik jurnalının Bakıda buraxılan ilk sayının çapdan çıxması. 7 noyabr — Bakıda Azərbaycanın satirik şairi M. Ə. Sabirin abidəsinin qoyulması. 30 noyabr — RSFSR-in tərkibində Çeçenistan Muxtar Vilayətinın yaradılması.
Dekabr 10 dekabr — ZSFSR-nin yaradılması. 13 dekabr — I Zaqafqaziya Sovetlər qurultayında ZSFSR Konstitusiyasının qəbulu, Zaqafqaziya Sovet Sosialist Federativ İttifaqının Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası şəklində yenidən təşkil edilməsi. 15 dekabr — İtaliyada B. Mussolini başda olmaqla "Böyük Faşist Şurası"nın yaradılması. 30 dekabr — SSRİ-nin I Sovetlər qurultayında SSRİ-nin təşkil edilməsi
İngilis arxeoloqu Hovard Karter tərəfindən firon Tutanxamonun sərdabəsinin aşkar edilməsi. Aşağı və Orta Volqaboyunu, Cənubi Uralı, Sibirin cənubunu aclıq bürüməsi. Bakıda Bakıxanov adına tikiş fabrikinin fəaliyyətə başlaması. Azərbaycan ərzaq vergisinin tətbiqi. M.Ə. Rəsulzadənin Türkiyəyə mühacirət etməsi.
Doğumlar 15 fevral — Möhsün Abbasov, Sosialist Əməyi Qəhrəmanı (1950). Böyük Vətən müharibəsi (1941—1945) iştirakçısı. 12 mart — Cek Keruak, Amerikan yazıçı və şair 15 may — Rauf Hacıyev, bəstəkar, xalq artisti 31 may — Sara Qədimova, Görkəmli Azərbaycan müğənnisi. 17 sentyabr — Aqostinyo Neto, Afrikalı yazıçı, şair, siyasətçi. 20 oktyabr — Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni. 22 noyabr — Fikrət Əmirov, Azərbaycan bəstəkarı. Bürhan Kərimov — fizika-riyaziyyat elmləri doktoru.
Ölümlər 9 iyul — Ocaqqulu Musayev, sovet inqilabçı. 22 avqust — Maykl Kollins, İrlandiya siyasətçisi.