Fringe — Cefri Ceykob Abrams, Aleks Kurtzman və Roberto Orci tərəfindən ssenariləşdirilən Amerika elm-fantastik teleserialıdır. Serialda Dövlət Təhlükəsizlik Təşkilatı (Department of Homeland Security) nəzarəti altındakı FBI-ın bir qolu olan və Boston, Massaçusets mərkəzli Fringe Bölümü izah edilməkdədir. Fringe komandası qorxunc və bütün dünyaya təsir göstərə biləcək açıqlana bilinməyən hadisələri üzə çıxarmaq üçün görülməmiş elmi üsullardan və FBI istintaq üsullarından yararlanmaqdadır. Teleserialın yaranmasında, "Lost", "The x-files", "Altered States" və "The Twilight Zone" teleseriallarından ilham alınmışdır."Director Set for J. J. Abrams' 'Fringe' Pilot" (İngilis Dilində). Zap2it. Com. 27 noyabr 2007. 27 may 2013 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 9 iyul 2010.

Teleserialın premyerası Şimali Amerikada Fox Yayım Şirkəti tərəfindən 19 avqust 2008-ci ildə keçirilmişdir. Fringe serialı Foxun Remote-Free TV təşəbbüsünün bir hissəsi olmuşdur. Serial televiziyalardakı digər dramlara görə daha uzun çəkmişdir. Reklamlar üçün verilən ara serialın müddətini 6 dəqiqə daha uzatmışdır. Serial reklam arası verəndə ekranda reklamların nə qədər davam edəcəyini göstərən bir yazı çıxır. 1 oktyabr 2008-ci ildə serialın birinci mövsümü 22 bölümə yüksəldildi. Daha sonra bu qərar dəyişdirilərək 12 Mayda 20-ci bölümündə ilk mövsümün finalı keçirildi."Fox Immediate Release"Fox Flash. 27 dekabr 2013 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 2010–07-09. Serialın ikinci mövsümə başlaması qərara alındı."Fringe To Continue Its Freaky Ways" IGN.com. IGN Entertainment. 4 avqust 2012 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 2010–07-09. İkinci mövsüm premyerası 18 sentyabr 2009-cu ildə keçirildi Və Fox-un "Remote-Free TV" sınağı isə daha çox davam etdirilmədi.

6 mart 2010-cu ildə Entertainment Weekly və Variety jurnalları serialın üçüncü mövsümdən davam edəcəyini açıqlamışdı. Daha sonra isə bu mövsümün 22-ci bölümü olacağı açıqlandı. Serial 18.01.2013 tarixində 5-ci mövsüm 13-cü bölümü ilə finala çıxdı.

Mövzu Fringe xüsusi agent Olivia Dunham, çılğın alim Walter Bishop və üstün zəkalı oğlu Peter Bishop-un metafizika və irəli elm ilə bağlı məsələləri araşdırmasını izah etməkdədir. Cey Cey Abrams serialın Lost-a oxşamayacağını və serialın təqibinin asan olacağını açıqlamışdır. 2009-cu ilin sentyabr ayında yayımlanan bir müsahibədə Abrams:

Lost çox qarışıq bir serial olmağına və hər seriyasına baxılmalı olduğuna görə kifayət qədər məşhurluq qazanıb. Fringe bir çox hallarda bizim üçün bir təcrübədir ki, bunun sayəsində biz anlayırıq ki, həm ümumi hekayəsi həm də planlı bir sonluğu olan bir serial yaratmaq mümkündür, Fringe isə bunun öhdəsindən tamamilə gəlir. Biz onu edə bilən bir serial yarada bilərik ki, serialın getdiyi bir istiqamət və nəql edilən əsas bir hekayəsi olsun, amma eyni zamanda sırf 4-cü seriayaya baxmaq üçün 1-ci, 2-ci və 3-cü seriyalara baxmayasan

demişdir. Serialın digər bir yaradıcısı Fringe haqqında:

The X-Files-dan ilham alındı, amma obrazlar əvvəldən sonra fərqliləşdirildi və tamamilə fərqli bir tərz oldu.

demişdir.

Mövsümlər

Birinci mövsüm Bütün dünyada səbəbi müəyyən olunmayan və təcrübə olduğu düşünülən hadisələr (Yeni doğan bir körpənin çox sürətlə qocalıb bir neçə dəqiqə ərzində ölməsi və s). The Pattern ilə əlaqələndirilməkdədir. Olivia Dunham, Walter Bishop və oğlu Peter Bishop bu hadisələri izah etmək və əlaqələrini tapmaq üçün vəzifələndirilirlər. Pattern-dan yola çıxan komanda Massive Dynamic adlı dünya texnologiya bazarını əlində tutan şirkətlə əlaqə tapırlar və düşmənlərinin ZFT (Zerstörung durch Fortschritte der Technologie) adlı bioterrorist qrupu olduğunu öyrənirlər. Bu qrup Walter və William Bell (Walter-in keçmiş laboratoriya tərəfdaşı və Massive Dynamicin qurucusu)-in inkişaf etdirdiyi Cortexiphan adlı dərmanla paralel kainatla yaşadığımız kainatı bir-birinə bağlamaq istəməkdədirlər. Bu dərmanın sınaqları Olivia və digər uşaqların yaratdığı bir qrup üzərində sınaqdan keçirilmişdir. Birinci mövsüm Olivianın paralel dünyaya keçib William Bell ilə 11 Sentyabr terror hücumlarında dağıdılmış Əkiz Qüllələrdə çıxış etməsilə bitmişdir.

İkinci mövsüm İkinci mövsümünün əksər bölümləri paralel kainat ilə bağlıdır. Peterin yaşadığımız kainatda uşaq ikən keçirdiyi bir xəstəlik üzündən öldüyü bu mövsümdə dəqiqləşmişdir. Walter bu hadisədən sonra digər kainata keçməyin yolunu tapmış və Peteri yaşadığımız kainata gətirmişdir və bu hadisəni heç kimə danışmamışdır. Bu hadisə paralel kainatda yumşaq nöqtələrin (Soft Spot) yaranmasına səbəb olmuşdur. Digər kainatdakı Walter (Walternate),"Over There (Part 1 of 2)".FOX. 2010–05-14. 24 sentyabr 2010 tarixində mənbəyindən arxivləndi. Çıxış tarixi: 2010–05-26. Müdafiə Naziri olmuşdur və Fringe Departamenti bizim kainatımızdakı departamentdən çox daha güclü olmuşdur. Bizim dünyamıza keçmək üçün şəkil dəyişdirmə texnologiyasını inkişaf etdiriblər və Peteri geri gətirməyə çalışmışdılar. The Observer (Gözətçi) Walter-ə daha öncə xəbərdarlıq etmiş və Peter digər kainata keçərsə, iki kainatda da böyük bir fəlakət meydana gələr demişdir. Bu fəlakətin Olivia-nın William Bell ilə çıxışını xatırlaması üzərinə Great Storm yəni iki kainatın bir-birinin içinə keçərək bir dənəsinin həyatda qalması hadisəsi olduğunu anlamışdılar.

Paralel kainatdan gələn bir üzdəyişdirici Çarli Frensisi öldürüb, onun yerinə keçib və agentlərindən biri olan Tomas Jerome Nyutonu tapmışdır. Nyutonun əlində Walter-in istəyi ilə William Bell-in beynindən çıxardığı kainatları bir-birinə bağlamaq ilə əlaqəli məlumatlar vardır. Fringe komandası Nyutonu dayandırmağa çalışarkən Olivia Cortexiphan əsaslı qabiliyyəti olan digər kainatdan gələn əşyaları daha parlaq görmək qabiliyyəti ortaya çıxmış və Piter haqqındakı həqiqəti öyrənmişdir. Walter, Oliviaya ona özünün deyəcəyini söyləyib ancaq Nyutonun fəaliyyətləri nəticəsində Piter həqiqəti öyrənmiş və qaçmışdır. Walternate Piteri tapmış və ona paralel kainata, yəni evinə qayıtmağı təklif etmişdir və Piter bu təklifi qəbul etmişdir.

Olivia və Walter Cortexiphan təcrübəsində istifadə edilən digər insanlarla birlikdə paralel kainata keçməyə cəhd edərlər və buna nail olurlar. Olivia paralel kainatda özü olan Foliviayı tapır və evində həbs edib onun yerinə keçərək Peter-a çatır. Olivia Peter-a Walternative-in kainatlarını məhv etmək üçün bir cihaz düzəltdiyini və cihazın işləməsi üçün ona ehtiyacı olduğunu deyir. Peter və Olivia, Walter və Bell ilə görüşəcəkləri yerə gedirlər amma paralel kainatdakı Fringe Komandası görüşü öyrənir və qarşıdurma çıxır. Bell yeni inkişaf etdirdiyi və əl bombasına bənzəyən cihazı istifadə edir və böyük bir partlayış baş verir. Folivia Olivia-nın yerinə keçərək digər kainata keçid edər, Olivia isə paralel kainatda Walternative tərəfindən hüceyrəyə həbs edilir.

Üçüncü mövsüm Amy Madigan üçüncü mövsümdə Olivianın anası kimi serialda iştirak etmişdir."Fringe Casts Amy Madigan as Olivia's Mother". TVGuide.com. 28 iyul 2013 tarixində mənbəyindən arxivləndi. Kevin Corrigan bir neçə seriyada daha Sam Weiss obrazını canlandıracaqdır. 3-cü mövsüm Olivianın paralel kainatda özünün Folivia (Saxta Olivia) olduğuna inandırmağa çalışması ilə başlayır. Özünə partlayışda başından aldığı zərbədən dolayı beyin tramvası keçirdiyi və bu səbəbdən beynində şübhələr yaratdığı söylənilir. Eyni zamanda özünə Walternative tərəfindən Folivianın xatirələrini transfer edən bir müalicə aparılır. Bu müalicə nəticəsində Olivia yavaş-yavaş Folivianın xatirələrini öz xatirəsi olduğunu zənn etməyə və razı olmağa başlayır. Ancaq bir müddət sonra Walter və Peter-ın xəyallarını görməyə başlayır və xatırlamadığı boşluqları onlar vasitəsilə dolduraraq əslində kim olduğunu öyrənməyə çalışır. Walternative-in əsl məqsədi isə Olivia-nın kainatlar arası keçid edərkən necə zərər görmədiyi və bunu necə etdiyini araşdırmaqdır. Bunun üçün Olivia-nı inandıraraq paralel kainatdakı öz tankına salaraq bəzi testlər edər. Bu testlər nəticəsində çox qısa müddətlərdə də olsa öz kainatına keçidlər etməyi bacarır. Bu zaman Walternative isə Olivia-nın bu keçidlərdə beynində ifraz olunan kimyəvi maddələri aşkar edərək Cortexiphan-ı əldə etmiş olur. Peter isə xəyal kimi görünməyə davam edərək Olivia keçid edəndə gördüklərinin əslində öz kainatı olduğunu və başqa kainatda olmadan bu qədər çox şeyi bilmədiyini, bacısının doğumda ölmədiyini, bacısı qızının Ella-nın da yaşadığını və doğum gününü deyir. Olivia bu qədər məlumatı beynində uydurmadığını düşünərək növbəti keçidində öz evinə zəng edərək Peter-in dediklərini təsdiqləyir. Beləliklə, artıq kim olduğunun fərqinə varmış olur. Laboratoriyadakı bütün Cortexiphan-ları da alaraq Walternative-in Harvarddakı tankına girərək öz aləminə keçid edər. Bu zaman Folivia, Olivia-nın kainatında cihazın olmayan hissələrini tapmaq üçün Nyutonla araşdırmalar apararkən bir tərəfdən də Peter ilə yaxınlaşaraq onun haqqında daha çox məlumat almağa çalışır. İlk başlarda vəzifə kimi başlayan bu yaxınlaşma Folivia-da Peter-a qarşı bir şeylər hiss etməsinə səbəb olur və birlikdə olurlar. Hamı vəziyyətdən razıdır Peter Olivia sandığı Folivia ilə çox xoşbəxtdir, ancaq Olivia paralel kainatdan etdiyi keçidlər əsnasında özünə çatması ilə Folivia-nın gerçək kimliyini öyrənir. Kimliyi üzə çıxan Folivia geri çağrılma tələb edər və Walternative tərəfindən öz dünyasına geri qaytarılır.

Öz kainatına qayıdan Olivia Peter ilə Folivia-nın birlikdə olduqlarını öyrənir və həyatının əlindən alındığını düşünərək artıq Peter ilə olmaq istəmir. Ancaq özünün də başqa kainatda ikən hər kəsin onu Folivia güman etməsi həqiqətini düşündükdən sonra bu fikrindən əl çəkir və Peter-ı bağışlayır. Bu əsnada Nina Sam Weiss-ın cihaz haqqında müxtəlif məlumatları açıqlayan "İlk İnsanlar" kitabının bütün versiyalarını yazan adam olduğunu və Sam Weiss-ın əslində göründüyündən daha yaşlı olduğunun fərqinə varır. Bütün bu hadisələr baş verərkən Walter artıq yetərsiz olduğunu və Bell-ə ehtiyacı olduğunu düşünür. Bu səbəbdən Bell-in "Soul Magnet" deyilən layihəsi Bell-i təkrar dünyaya qaytarmağa çalışır. Hərəkətverici olaraq Bell-in Nina-ya hədiyyə etdiyi zəngləri istifadə edən Walter uğursuz olduğunu düşünür. Ancaq əslində uğurlu olmuşdur və Bell-in şüuru Olivia-nın bədəninə daxil olmuşdur. Bell özünə bir ev bədən axtararkən kilsə zəngləri Bell-in şüurunun bir an üçün Olivia-dan çıxmasına səbəb olur. Ancaq Olivia bu vəziyyətdə şoka girir və xəstəxanaya aparılır. Bell-in Olivia-nın şüurundan çıxması düşündüyü qədər asan olmaz. Ən sonunda Walter Olivia-nın şüuruna daxil olaraq ona çatar. Bell isə Olivia-nın həyatda qalması üçün onun şüurundan çıxması lazım olduğunu dərk edir.

Digər tərəfdə isə Folivia Peter ilə olan yaxınlaşmasının nəticəsində hamilə qalır. Walternative isə cihazı işlədəndə öz kainatının sağ qalması üçün bunu avantaj olaraq istifadə edə biləcəyini düşünür. Folivia-nın digər kainatdan gətirdiyi parçalarla cihazı tamamlayır və işlədir. Walternative-in cihazı işlətməsi ilə kainatlar arasındakı çatlar genişlənərək kainatlar bir-birinə girməyə başlayır. Bu zaman Olivia isə cihazın bir şəkildə özü ilə də əlaqəli olduğunu və cihazın açılıb bağlanmasını yalnız özünün edə biləcəyini öyrənir. Beləliklə Walternative-in işlətdiyi cihazı söndürərək Peter-ın cihazın içinə girməsinə kömək edər. Peter isə cihaza daxil olduqdan sonra Walternative-in kainatının məhv edildiyi yaxın gələcəkdə tapar özünü. Gələcəkdə verdiyi bu qərardan ötrü Olivia Walternative tərəfindən öldürülür. Hansı kainatın sağ qalmasını seçim edərsə etsin, bir kainat olmadan digərinin də sağ qalmadığı və Olivia bütün mümkün gələcəklərdə öldüyü gerçəyini görən Peter iki kainatı bir-birinə bağlayan bir keçid düzəldər. Ancaq bu keçid Peter-in zamandan silinməsinə səbəb olur.

Dördüncü mövsüm