Şahnabad — Qusar rayonu ərazisində çay. Qusarçayın sol qolu.

Haqqında Çay Şahdağın ətəyindəki Şahnabad adlı düzdən axdığı üçün belə adlanmışdır. Rəvayətə görə, həmin düz Şah Abbasın həyat yoldaşı Şahnabatın adı ilə bağlıdır. Bir digər versiyaya görə isə Şahnabat düzü vaxtilə orada yerləşdirilmiş qarnizona görə bu adı almışdır. Orta əsrlərdə qarnizonun yerləşdiyi yer şəhnəbat adlanırdı.Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. 2 cilddə. II cild. Bakı: Şərq-Qərb, 2007, s.205

İstinadlar

Həmçinin bax Şahdağ

Kateqoriya:Azərbaycan çayları