Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudurSabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004.

Növləri Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi

Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi

Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması

Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır.

Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması

Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir.

Xidmət tədarükçüləri Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisə və təşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.

Xarici keçid AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Həmçinin bax Turizmin maddi-texniki bazası Turizm

İstinad

Kateqoriya:Turizm kompleksləri