Yann-Fite Arp () — "Holştayn" klubunda hücumçu kimi çıxış edən peşəkar Almaniyalı futbolçu.
Klub karyerası
Hamburq Arp Hamburq akademiyası vasitəsilə inkişaf etmişdir. Arp öz peşəkar karyerasında debütünü 30 sentyabr 2017-ci ildə Verder Bremen klubuna qarşı oyunda etmişdir. O, 89-cu dəqiqədə Bobbi Vudu əvəz etmişdir. Həmin görüşdə Hamburq liqa görüşündə rəqibi ilə 0–0 hesabı ilə bərabərə qalmışdır.
Milli karyerası 2017-ci ildə Arp Almaniyanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Arp Bosniya və Herseqovina, Serbiya, İrlandiya, Niderland və İspaniya milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. O, Bosniya və Herseqovina və İrlandiya millilərinə qarşı oyunlarda üç qolla, Niderland millisi ilə oyunda isə bir qolla yadda qalmışdır.
Karyera statistikası
Klub
KlubMövsümLiqaÖlkə KubokuKontinental1Digər2ÜmumiDiviziyaOyunQolOyunQolOyunQolOyunQolOyunQolHamburq2017–18Bundesliqa1000000010Ümumi karyera1000000010 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Almaniya Superkuboku görüşləri daxildir.
İstinadlar
Xarici keçidlər Jann-Fiete Arp on worldfootball.net
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Regionalliqa futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Almaniyanın kişi futbolçuları Kateqoriya:Bayern Münhen FK futbolçuları Kateqoriya:2. Bundesliqa futbolçuları Kateqoriya:Futbol hücumçuları