Liviya Hava yolları reys 1103 () — Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə gercəkləşdirilən Benqazi-Tripoli daxili xətt reysinin həyata keçirilməsi zamanı baş vermiş təyyarə qəzası. Qəzanın səbəbi kimi təyyarənin havada olduğu zaman Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 döyüş təyyarəsi ilə toqquşması göstərilir. MiQ-23-də olan iki pilot xilas olmağı bacarmışdır.
Arxa plan Liviya Hava yollarına məxsus Boeing 727–200 modelli təyyarə ilə ölkənin ən böyük iki şəhəri arasında müntəzəm uçuşlar gercəkləşdirilməkdə idi. 1992-ci ilin 22 dekabr tarixində baş tutan Benqazi-Tripoli səfəri də bu uçuşlardan biri idi. Benqazi şəhərinin mərkəzi hava limanından havalanan təyyarə, uçuşun böyük bir qismini arxada qoyaraq Tripoli mərkəzi hava limanına doğru enişə keçməyə hazırlaşarkən 3.500 fit (1.067 m) hündürlükdə Liviya Hava Qüvvələrinə məxsus MiQ-23 qırısıcısı ilə toqquşmuşdur.
Qəza nətcisədinə MiQ-23-də olan iki pilot xilas olmağı bacarmış, Boeing 727–200 təyyarəsində olan 147 sərnişin və 10 heyət üzvünün hamısı həlak olmuşdur. Liviya Hava yolları reys 1103 ölkə daxilində baş vermiş ən faciəvi təyyarə qəzası hesab olunur. Dövlət rəsmilərinin verdiyi açıqlamalarda qəzanın günahkarı kimi MiQ-23-ün pilotları göstərilmiş və hər iki pilot həbs edilmişdir.
20 il sonra Qəzadan 20 il sonra hadisə barədə bəzi yeni detallar ortaya çıxmağa başladı. Qəzanın təsadüfi olmadığı, keçmiş ölkə başçısı Muəmmər Qəddafinin nəzarəti altında gercəkləşdirildiyi fikiri ortaya atıldı. Təyyarə ilə toqquşduğu bildirilən MiQ-23 qırıcısının pilotu Abdel Məcid Təyyari hadisə günü Boeing 727–200 ilə aralarındakı məsafəni qoruduğunu və təyyarənin gözləri qarşısında partladıldığını bildirimişdir.
Muəmmər Qəddafi dövrünün diplomatlarından olan Əli Aujali Lokkerbi faciəsidən sonra ölkə üzərində yaranmış beynəlxalq təziqin azaldılması üçün sözügedən təyyarənin qəsdən partladıldığı bildirmişdir. London-Nyu-York reysi üzrə hərəkət edən təyyarənin partladılmasından sonra Muəmmər Qəddafiyə yaxınlığını ilə bilinən şəxslər əsas şübhəli kimi təqdim olunmuşdu.
İstinadlar
Kateqoriya:1992-ci ildə Liviya Kateqoriya:Liviyada aviasiya hadisələri Kateqoriya:22 dekabrdakı hadisələr Kateqoriya:Boeing 727 ilə bağlı qəzalar və insidentlər