Yaponiya Hava yolları reys 123 () - Yaponiya Hava Yollarına məxsus Boeing 747SR-46 modelli təyyarə ilə gercəkləşdirilən Tokio-Osaka daxili xətt reysinin uçuşu zamanı baş vermiş təyyarə qəzası. Havaya qalxdıqdan 44 dəqiqə sonra nəzarətin tam itməsi nəticəsində dağa çırpılan təyyarədə 15 nəfəri kabin üzvü olmaqla ümumilikdə 520 nəfər həlak olmuş, 4 nəfər isə ağır dərəcəli yaralanmalarla xilas olmağı bacarmışdır.
Yaponiya Hava yolları reys 123 1977-ci ildə Tenerife aeroportunda baş vermiş facilərdən sonra ikinci ən böyük təyyarə qəzası hesab olunur. Tenerife faciəsi iki təyyarənin iştirakı ilə baş verdiyi halda, bu qəza tək təyyarənin ən çox insan ölümünə səbəb olan qəza kimi tarixə keçmişdir.
1985-ci ilin 12 avqust tarixində Yaponiyanın paytaxtı Tokiodan Osaka şəhərinə uçan təyyarənin quyruq hissəsi havaya qalxdıqdan 12 dəqiqə sonra qopmuşdur. Pilotlar təyyarəni quyruq hissəsi qopmuş vəziyyətdə havada 32 dəqiqə tutunmağı bacamışlar. Lakin bundan sonra idarəetmə tamamilə itirilmiş və təyyarə Tokionun 100 kilometr şimal-qərbində yerləşən, Qunma inzibati mərkəzinə bağlı Ueno qəsəbəsi yaxınlığındakı Takamagahara Dağına çırpılmışdır. Qəza Yaponiya ərazisində baş vermiş ən ölümcül nəqiliyyat qəzası kimi də tarixə keçmişdir."ASN Aircraft accident Boeing 747SR-46 JA8119 Ueno ." Aviation Safety Network. Retrieved June 15, 2009.
Təyyarə və heyət
Yaponiya Hava Yollarına məxsus Boeing 747SR-46-da JA8119 qeydiyyat nömrəsi ilə uçuşlar təşkil olunurdu. İlk uçuşunu 1974-cü ilin 28 yanvar tarixində gercəkləşdirmişdir. 123 saylı reysdə təyyarə heyəti 15 nəfərdən ibarət olmuşdur. Kapitan və iki köməkçi pilotdan başqa, biri kişi onu qadın olmaqla on iki nəfərdə xidmət heyəti vardı. Qəza baş verənə qədər təyyarə altı planlaşdırılmış səfərinin dördünü icra etmişdi və Osaka səfəri beşincisiydi. Təyyarənin pilot heyəti aşağıdakı şəxslərdən təşkil olunmuşdu;
Kapitan Masami Takahama () - Yaponiyanın Akita şəhərindən anadan olmuşdu və aviasiya təhsilini uçuş mühəndisi üzrə tamamlamışdı. Kapitan pilot radio kommunikasiya ələqələndirilməsi üzrə də biliklərə də sahib idi.Magnuson, Ed. "Last Minutes of JAL 123." TIME. 9171,1074738-1,00.html 1. Retrieved October 25, 2007. 12.400 saat uçuş müddətinə sahib olan Masami bu vaxtın 4.850 saatını Boing-747 tipli təyyarələrdə keçirmişdi. İkinci pilot Yutaka Sasaki () - Yaponiyanın Kobe şəhərində anadan olmuşdu və 123 saylı uçuşda uçması gələcəkdə təyyarə kapitanı olması üçün əhəmiyyətli şans sayılırdı. Qəzanın baş verdiyi tarixə qədər 4.000 saatlıq uçuş müddətinə sahib olan ikinci pilot bu müddətin 2.650 saatını Boinq 747 tipli təyyarələrdə keçirmişdi. Uçuş mühəndisi Hiroşi Fukuda () - Yaponiyanın Kioto şəhərində anadan olmuş 46 yaşlı uçuş mühəndisi Fukuda 9.800 saat uçuş müddəti ilə təcrübəli mexanik hesab olunurdu və bu müddətin 3.850 saata yaxınını Boinq 747 tipli təyyarələrdə keçirmişdi.
Sərnişinlər {|class="wikitable" style="float:right;font-size:75%"
!colspan=4|Həlak olan sərnişinlərin mənsubiyyətləri |- !|Vətəndaşlıq|||Sərnişin|||Heyət|||Cəmi
|||487||15||502
|||1||0||1
|||2||0||2
|||4||0||4
|||3||0||3
|||2||0||2
|||3||0||3
|||1||0||1
|||6||0||6
|Cəmi||509||15||'524
Yaponya Hava yolları reys 123 ölkədə hər il ənənəvi şəkildə qeyd olunan və əsasən istirahət günləri ilə müşahidə edilən Bon festivalının keçirildiyi günlərə təsadüf etmişdi. Yaponiya paytaxtı Tokio şəhərindən Osakaya səfər edənlər arasında etnik yapon olmayan sərnişinlərin sayı 21 nəfər olmuşdur."524 killed in worst single air disaster ." The Guardian. Yaponiya Hava yollarının mətbuat katibi Geoffrey Tudor qəzadan bir gün sonra verdiyi açıqlamasında həlak olanlar arasında 4 Honkonq vətəndaşının olduğunu bildirdi.
İki nəfər İtaliya və ABŞ (ikili vətəndaşlıq), bir nəfər isə Qərbi Almaniya və Böyük Britaniya passportlarına sahib idi.Moosa, Eugene. "Jet Crash Kills Over 500 In Mountains of Japan ." Associated Press at The Schenectady Gazette. Tuesday Morning August 13, 1985. First Edition. Volume 91 (XCI) No. 271. Front Page (p. 5?). Retrieved from Google News (1 of 2) on August 24, 2013. "JAL spokesman Geoffrey Tudor said two Americans were on the passenger list." and "JAL released a passenger list that included 21 non-Japanese names, and Tudor said there were two Americans, two Italians, one Briton, one West German, and four Chinese residents of Hong Kong" Qəza nəticəsində möcüzəvi şəkildə dörd qadın sağ qalmağı bacarmışdır. Salonun sol hissəsində yerləşən 54-60-cı oturacaqlar aralığında sıxılan qadınların hər biri Yaponiya vətəndaşı idi.
Yumi Oçhayi () - Yaponiya Hava Yollarının 26 yaşlı bələdçisi oturacaqların arasında sıxılmaqla sağ qalmağ bacarmışdır. Hiroko Yojizaki () - 34 yaşlı yapon sərnişin. Mikiko Yojizaki () - Hirokonun səkkiz yaşlı qızı. Hər ikisi təyyarənin gövdə hissəsində parçalanmış hissəsində gizlənməklə sağ qalmışdır. Keiko Kaşakami () - Təyyarədə ailəlikcə səfər edən Kaşakami ailəsinin üzvü. 12 yaşlı Keiko hadisədən sonra dağıntıların altından çıxarılmışdır.Kawamura, Kazuo (河村 一男 Kawamura Kazuo)著、『日航機墜落』. , 9784872574487. p. 169. See Google Books entry イースト・プレス:余裕の出たレンジャーは、他に生存者がいないかと、さらに周りを捜した。最後が中学少女であった。遺体を叩いて反応をみたりしているうちに、女性乗務員から沢寄り二メートルほどのところの遺体のあいだから、逆立ちをしているような格好で両足をばたつかせているのが見つかった。「僕、大丈夫か」と声をかけ、上にかぶさっている遺体や破片を取り除くと、中が空洞になっていて顔と左足が見えた。男の子とまちがえたようである。「痛いところはあるか」と聞くと、左足を開いてふくらはぎの傷をみせる仕草をした。右肘を挟まれており、すぐには引き出せなかった。: Rescues searched outskirts to find other survivors. They discovered a junior high student girl finally. When they were watching reactions of bodies by clapping them, they found moving legs as if doing a headstand. "Are you all right!" A rescue called out and removed bodies and wreckages covered it. Then he found a face and left leg. He took the person for a boy. "Do you have any other pain?" he asked. The girl moved her left leg and showed him a wound. Rescues could not relieve her immediately because her right elbow was sandwiched. Air Disaster Volume 2 məlumatına görə Kaşakami təyyarənin cırpıldığı dağın yaxınlığında yerləşən ağacın üzərindən xilas edilmişdir. Keikonun valideynləri və özündən gənc olan bacısı qəzada həlak oldu. Keiko Kaşakami Yaponiya Hava yolları reys 123-ün sonuncu müalicə alan sərnişini kimi 1985-ci ilin 22 noyabr tarixində Şimane prefekturasının Matsue şəhərində yerləşən Matsue Qırmızı Xaç Xəstəxanasından () evə buraxıldı."Survivor of JAL Crash Goes Home ." Los Angeles Times. November 24, 1985. Retrieved January 29, 2012.
Hadisədə həyatını itirənlər arasında bir sıra tanınmış yaponlarda vardı. 43 yaşlı yapon müğənni və aktyor Kyu Sakamoto, Hanshin Tigers peşəkar beysbol klubunun prezidenti Hajimu Nakano və tanınmış yapon skripkaçı Diana Yukavanın atası, bankir Akihişa Yukava öz sahəsində tanınan insanlar olmuşdur.Betti, Leeroy. "Looking up so tears won't fall ." The Japan Times. Sunday November 26, 2000. Retrieved December 3, 2009.
thumb|left|300px|Yaponiya Hava yolları 123-ün getməli olduğu istiqamət mavi, getdiyi istiqamət isə qırmızı rəngdə göstərilmişdir.
Gedişat thumb|right|300px|Partlayışdan sonra yerdən çəkilmiş fotoda, təyyarənin quyruq hissəsinin qopduğu aydın şəkildə görünür. 123 saylı reys üzrə hərəkət edən JA8119 gövdə nömrəli Boinq 747 12 dəqiqəlik gecikmə ilə 06:12-də Tokio Beynəlxalq Hava limanının 15L saylı uçuş xəttindən havalandı. Havaya qalxdıqdan 12 dəqiqə sonra Saqami Körfəzi üzərində mümkün hündürülüyü əldə etdikən sonra təyyarənin arxa təzyiq pərdəsində partlayış meydana gəldi. Partlayışın təsiri ilə quyruq hissəsinin 5 metrlik şaquli tənzimləyicisi dənizə düşdü.Magnuson, Ed. "Last Minutes of JAL 123." TIME. 2 .
Bu səbəbdən təyyarə salonununda olan təzyiq səviyyəsi aşağı düşdü və dörd əsas hidrolik dövrə zədələnərək öz fəaliyyətini itirdi. Qəzadan az əvvəl təyyarənin yerdən çəkilmiş fotosunda quyruq hissəsinin qopduğu aydın görünür. Yüksəklikdə olan təyyarənin daxili təzyiqi aşağı düşdüyü üçün oksigen maskaları avtomatik olaraq açılmışdır.
Partlayışdan dərhal sonra pilotlar təcili eniş etmək üçün Tokio Bölgə Nəzarət Mərkəzi ilə əlaqə saxladılar və onlara təcili eniş üçün koordinatlar və təlimatlar verildi. Bütün hidrolik nəzarət sistemlərinin fəaliyyəsiz qalması nəticəsində təyyarə idarəolunmaz vəziyyətə gəlmişdi. Pilotlar çıxış yolu kimi qanadların altında yerləşən motorlara fərqli təzyiq mexanizmi tətbiq edərək vəziyyəti dəyişdirməyə çalışırdılar. Təyyarənin sürətinin azadılması üçün təkərləri açan pilotların, bu cəhdi də bir fayda vermədi. Təkərlərin açılması təyyarənin hündürlük itiriməsinə və sürətlə alçalmasına səbəb olurdu. Pilotlar 13.500 fit (4.100 m) hündürlükdə olanda Tokio Bölgə Nəzarət Mərkəzinin nəzarətçi operatoruna təyyarə üzərindəki nəzarətin tamamilə itirildiyini məruzə etdilər.
Təyyarə, İdzu yarımadası üzərindən keçərək Sakit Okeana doğru istiqamətləndi, ancaq sornadan geri dönərək 7.000 fitə (2.100 metr) qədər alçaldı. Pilotlar təyyarəni 13.000 fitə qədər (4.000 metr) yüksəltməyi bacardılar, ancaq təyyarə bu həmlədən sonra dağlara doğru olduqca sürətli bir şəkildə alçalmağa başladı. Saat 18::56-da isə 6.800 fit (2.100 metr) yüksəklikdə olduğu an radar sistemindəki izlənmə siyahısından itdi. Radar sistemindən itdikdən bir necə saniyə sonra Takamagahara Dağına cırpıldığı ehtimal olunur."Aircraft Accident Investigation Report Japan Air Lines Co., Ltd. Boeing 747 SR-100, JA8119 Gunma Prefecture, Japan August 12, 1985 ." 8 (19/332). Retrieved August 18, 2010.
Təyyarənin arxa təzyiq pərdəsində meydana gələn partlayışdan 32 dəqiqə sonra təyyarə qəzaya uğradı. Sərnişinlər bu müddət ərzində öz yaxınlarına və əzizlərinə vida məktubu yazdılar. Yapon Hava Yolları 123 reysində baş verən qəzanın mexaniki problemləri simulator komputerində yenidən canlandırıldı. Simulatorda dörd ayrı peşəkar pilot tərəfindən edilən bütün cəhtlərə baxmayaraq təyyarənin salamat formada yerə endirilməsi mümkün olmamışdır. Simulatorda əyləşən pilotların heç biri quyruq hissəsi qopmuş təyyarəni 32 dəqiqə havada saxlamağı bacarmamışdır. Bu səbəbdən Yaponiya Hava yolları reys 123-ün kapitan pilotu Masami Takahama və ikinci pilot Yutaka Sasaki böyük cəsarət və təcrübə nümayiş etdirmişdilər.
Xilasetmə işlərinin gecikdirilməsi
Hadisədən 20 dəqiqə sonra təyyarənin qəzaya uğradığı yer ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-130 Hercules təyyarəsi tərəfindən müəyyənləşdirilmişdir. ABŞ Hərbi Hava Qüvvələri tərəfindən göndərilən məlumatda Yokota Hava Bazasından istifadə edilməsinə icazə verilməsini və hadisə yerinə bir xilasedici helikopterin göndərilməsi təklif olunurdu. ABŞ Hərbi Hava Qüvvələrinin bütün yardım təklifləri yapon rəsmilər tərəfindən rədd edildi və xilasetmə işlərinin sadəcə Yaponiya Xüsusi-Müdafiə Qüvvələri tərəfindən aparılacağı bildirildi.https://thevelvetrocket.com/2008/01/13/the-japan-airlines-flight-123-jal-123-disaster/ Retrieved July 29, 2017
Yaponiyaya məxsus JSDF tipli helikopter qəza yerini gecə saatlarında təyin etməyi bacardı. Havanın yağışlı və qaranlıq olması, uyğunsuz ərazi şərtləri səbəbindən helikopter eniş etmək üçün münasib ərazi tapa bilmirdi. Helikopter pilotunun verdiyi məlumatda, havadan baxıldığında qəza yerindən həyat əlamətlərinin olmadığını məruzə etmişdir. JSDF pilotunun məruzəsi əsasında xilasedici qrup hadisə yerindən 63 kilometr məsafədə yerləşən kənddə gecələdilər. Havanın və ərazinin əlverişsiz olması səbəbindən dərhal hadisə yerinə getmək və sağ qalmaq ehtimalı olan insanlar ilkin tibbi yardımların göstərilməsi mümkünsüz vəziyyətə gəlmişdi.
24 saata yaxın gecikdirilən xilasetmə işləri bir çox insanın ölümünə səbəb olmuşdur. Hadisə yerindən tapılmış bəzi cəsədlərin hadisə anından sonra vəfat etdikləri və ölümün əsas səbəbi kimi soyuq hava və yaşadıqları ağır şok vəziyyəti göstərilmişdir. Bir həkim tərəfindən verilən açıqlamada xilasedicilərin hadisədən 10 saat sonra hadisə yerinə çatacaqları təqdirdə 4 nəfər yox, onlarla insanın xilasedilə biləcəyini bildirmişdir."Last Minutes of JAL 123" , Time, p.5. Retrieved October 25, 2007.