Bizerta Bənzərt (ər. ) — Tunisin şimalında, Bizerta azad iqtisadi zonasında şəhər. Bizerta vilayətinin inzibati mərkəzi.

Əhalisi Əhalisi 115 min (2005). Nəqliyyat qovşağı.

Coğrafiyası Aralıq dənizində port (filiz xammalı, neft məhsulları, sement, həmçinin zeytun yağı və s. kənd təsərrüfatı məhsullarının ixracı).

Tarixi Bizerta qədim (e.ə. 9-cu əsr) Finikiya məskəninin yerində salınmış, sonralar Hippon-Diarritus (Hippo Diarrhytus) adlı Roma şəhəri olmuşdur. 698-ci ildən Əməvilərin tabeliyində olmuş, Bənzərt adlandırılmışdır. 1535–72 -ci illərdə İspaniyanın hakimiyyətinə keçmişdir. Fransa protektoratı olduğu dövrdə (1881–1956) Fransanın HDQ-nin bazası olmuşdur (1963-cü ildə təxliyə edilmişdir). Finikiya və Roma məskənlərinin qalıqları saxla nılmışdır.

Memarlığı Bizertanın köhnə hissəsini (Zarzuna adlanan ənənəvi məğrib şəhəri) yeni hissədən kanal (1891-ci ildə qazılmışdır) ayırır. Fort-Sidi-Salem içqalası (1573, 1968-ci ildə teatr kimi yenidən tikilmişdir), Yusef-Dey fəvvarəsi (1642), 8-bucaqlı minarəsi olan məscid (1652) Bizertanın orta əsr memarlıq abidələrindəndir. 20 əsrin 2-ci yarısından Bizerta fransız memarlarının (A. Demene, B. Zerfüss, J. Marme) 1948-ci ildə tərtib etdikləri plana əsasən yenidən qurulmuşdur. 20-ci əsrin memarlıq abidələri: Müq. Aleksandr Nevski kilsəsi (1938); vitrajlarla bəzədilmiş Notr-Dam-de-Frans bazilikasının yerləşdiyi baş meydan (1954; J. Le Kutyor, mühəndis B. Lafay); konqres binası (1965 O.K. Kakub). 7 noyabr Universitetinin elmlər fakültəsi; Okeanoqrafiya muzeyi var.

Sənayesi Neft emalı, metallurgiya, yeyinti (əsasən, zeytun yağı istehsalı) sənayesi müəssisələri fəaliyyət göstərir. Tərsanə; sement zavodları var. İri bədii sənətkarlıq mərkəzidir (əsasən, xalçaçılıq, krujeva -toxuma, metalişləmə).  

Həmçinin bax Tunis şəhəri

İstinadlar

Xarici keçidlər Orient ensiklopediyası

Kateqoriya:Tunis şəhərləri