Hüseyn Məmməd oğlu Musayev () — dövlət xadimi, Azərbaycan Dövlət Aqrar Universitetinin direktoru (1932–1934), repressiya qurbanı.
Həyatı Azərbaycan Dövlət Aqrar Universiteti 1932–1934-cü illərdə instituta 3-cü direktor kimi rəhbərlik etmişdir.
1889-cu ildə Şamaxıda anadan olmuş, pedaqoji məktəbi bitirmiş, müxtəlif təhsil ocaqlarında müəllim, maarif şöbəsinin müdiri, Xalq Maarif Komissarı, Naxçıvanda Xalq Komissarlar Sovetinin sədri işləmişdir.
AKTİ-də direktor işlədiyi dövrdə onun təşəbbüsü ilə bir neçə yeni fakültə və kafedra yaradılmışdır. 1933-cü ildə Gəncədə fəaliyyət göstərən 4 kənd təsərrüfatı təmayüllü ali məktəbin Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tərkibində birləşdirilməsinin təşəbbüskarı olmuş, burada 6 fakültə: tarlaçılıq, meyvə-tərəvəzçılik, zootexniklik, baytarlıq, kənd təsərrüfatının mexanikləşdirilməsi və hidromeliorasiya fakültələri yaradılmışdır.
1937-ci ilin əvvəlində Azərbaycan Pedaqoji İnstitutunun direktoru təyin olunmuş, həmin ilin sonlarında repressiya olunmuş, 1943-cü ildə Bakıya qayıtmış, 1954-cü ilədək uşaq evlərinə rəhbərlik etmiş, 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə bəraət qazanmışdır.
1956-cı ildə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər Rektorlarımız
Kateqoriya:Naxçıvan MSSR Xalq Komissarları Sovetinin sədrləri Kateqoriya:Azərbaycan Dövlət Aqrar Universitetinin rektorları