Troll — German-skandinav mifologiyasında personaj. Qərb, xüsusilə Danimarka mifologiyasında dağlarda, mağaralarda və ya bataqlıqlarda yaşayan, olduqca böyük (bəzən rəvayətlərdə kiçik ölçülərə sahib) məxluqhttps://dictionary.cambridge.org - Troll. İstifadə tarixi: 23 noyabr 2025.https://www.merriam-webster.com - Troll. İstifadə tarixi: 23 noyabr 2025..
İnanclara görə, trollar insan əti ilə qidalanırlar. Əsasən axşamlar hərəkətdə olurlar, trollar gün işğına çıxanda bədənləri daşlaşırhttps://www.visitnorway.com - What are Trolls? İstifadə tarixi: 23 noyabr 2025..
Təsvir Trollar insanabənzər məxluqdur. İki ayaqları üzərində gövdələri, gövdənin yuxarı tərəfindən uzanan iki ədəd qolları və gövdənin üstündə başları yerləşir. İnsana nəzərən olduqca eybəcər və kobud məxluqdur. Uzun və ya eybəcər dişləri var. Bütün trollar tüklü təsvir olunsalarda, qar trolları ağ rəngli, qalın xəzli formada təsvir olunurlar.
Dünya mədəniyyətinə təsiri Trollar müasir dünya mədəniyyətinə böyük təsir göstəriblər. Trollara müasir mədəniyyət məhsullarında (film, kitab, video-oyun və s.) geniş yer verilir;
Tolkinin yaratdığı Orta Dünyada (Hobbit, Üzüklərin hökmdarı, Silmarillion); Coan Ketlin Roulinqin məşhur "Harry Potter" kitab seriyasının birinci kitabı olan "Harri Potter və fəlsəfə daşı" kitabında önəmli bir səhnə məhz dağ trollu üzərində qurulmuşdurhttps://www.harrypotter.com - feature Pottermore’s guide to trolls. İstifadə tarixi: 23 noyabr 2025.. Digər kitabların müxtəlif yerlərində isə az da olsa, trollardan bəhs edilir.
2022-cı ildə "Troll" adlı film çəkilmişdirhttps://www.imdb.com - Troll. İstifadə tarixi: 23 noyabr 2025.;
İstinadlar
Kateqoriya:German-skandinav mifologiyası Kateqoriya:Alman mifologiyasına aid canlılar Kateqoriya:Mifologiya Kateqoriya:Fentezi varlıqları