Vəsilə Fəttahova (tam adı: Vəsilə Rafizovna Fəttahova; ; d. 31 dekabr 1979, Beloretsk, Başqırd MSSR, RSFSR, SSRİ – ö. 26 yanvar 2016, Ufa, Başqırdıstan, Rusiya) — başqırd müğənni; Başqırdıstanın (2015)Указ Главы Республики Башкортостан от 20 августа 2015 года № УГ-192 «О присвоении почетных званий Республики Башкортостан». və Tatarıstanın (2015)Удостоверение заслуженного артиста Татарстана вручено 5 декабря 2015 года в Казани: Вәсилә Фәттахова Татарстанның атказанган артисты булды əməkdar artistiTatarıstanın məşhur müğənnisi doğuşdan sonra öldü . qafqazinfo.az, 27.01.2016 .

Həyatı Vəsilə Fəttahova 31 dekabr 1979-cu ildə Başqırd MSSR-in Beloretsk şəhərində anadan olmuşdur.

S. Nizametdinov adına Uçalı İncəsənət və Mədəniyyət Kollecinin xor şöbəsini bitirmişdir.

1999-cu ildə Ufa şəhərinə gəlmiş, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun vokal şöbəsinə daxil olmuşdur. Artıq oktyabr ayında o, Aydar Qalimovun qrupunda bekvokal kimi qastrola yollanır.

Yaradıcılığı Vəsilə Fəttahova "Tuğan yak", "Yanqış mileş", "Atayım" hitlərinin də ifaçısı idiDoğuşdan sonra vəziyyəti ağırlaşan müğənni öldü . oxu.az, 28.01.2016 .

"Tuğan yak" Müğənni "Tuğan yak" mahnısı sayəsində populyarlıq qazanmışdır. 2002-ci ildə çıxmış eyniadlı albomda yer almış "Tuğan yak" mahnısı Ural Raşitov tərəfindən xüsusilə onun üçün yazılmışdı. Mahnı tatar dilində oxunsa da yalnız Başqırdıstanda deyil, bütün Rusiyada rəğbət qazanmışdı. Kompozisiya "Büllur bülbül" estrada festivalında "Beynəlmiləl mahnı" nominasiyasında ən yaxşı mahnı hesab edilib, eləcə də "10 illiyin ən yaxşı hiti" nominasiyasında, 2008-ci ildə isə tatar mahnı festivalı "Tatar jırı"da laureat olub.

Ölümü 2015-ci ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi. Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər. Nəticədə Vəsilə Fəttahova 36 yaşında ikən 26 yanvar 2016-cı ildə Ufada Respublika kliniki xəstəxanasında vəfat etmişdir.

Başqırdıstan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən onun vəfatı ilə əlaqədar belə münasibət bildirilmişdir:

"Mədəni ictimaiyyət öz yaradıcılığı ilə müxtəlif millətləri vətənə ülvi məhəbbət hissi ilə birləşdirən müğənnini itirdi."

Müğənni ilə vida mərasimi 2016-cı il yanvar ayının 28-də Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçirilmişdir. Ufadakı "Şöhrət gedişi" Cənub qəbiristanlığında dəfn edilmişdir.

Mükafatları Başqırdıstanın əməkdar artisti (2015) Tatarıstanın əməkdar artisti (2015)

İstinadlar

Xarici keçidlər "Tuğan yak". youtube.com Василя Фаттахова "Каеннар". youtube.com Василя Фаттахова - яңғыҙ миләш. youtube.com

Kateqoriya:Beloretskdə doğulanlar Kateqoriya:Başqırdıstan müğənniləri Kateqoriya:Ufada vəfat edənlər Kateqoriya:Ufada dəfn olunanlar Kateqoriya:Başqırdıstanın əməkdar artistləri Kateqoriya:Tatarıstan Respublikasının əməkdar artistləri Kateqoriya:XXI əsr müğənniləri