və ya qələm adı ilə GASHIN – Yaponiya illüstratoru və videooyun personajı dizayneri.
Həyatı Yaponiyanın Kumamoto prefekturasının eyniadlı paytaxtında anadan olmuşdur.
Fəaliyyəti Müəllifin ən tanınan işi "Re:Zero -Starting Life in Another World-" ranobe seriyasıdır. Bu ranobe əsasında istehsal olunmuş "Re:Zero -Starting Life in Another World- EX" adlı yan hekayə ranobesinin illüstratorudur. Bundan əlavə, ranobe seriyası əsasında 2016-cı ildə çəkilmiş 25 seriyalıq anime adaptasiyasının və "Re:Zero ~Starting Break Time From Zero~" adlı speşlın orijinal personaj dizayneri olmuşdur. 23 sentyabr 2017-ci ildə Kadokawa Shoten nəşriyyatı tərəfindən illüstratorun müəllifi olduğu "Re:Zero − Starting Life in Another World: Shinichirou Otsuka Art Works Re:BOX" adlı art kitabı buraxılacaq.
İllüstrator həmçinin Banpresto tərəfindən istehsal olunmuş "Summon Night: Swordcraft Story" (2003) və Spike Chunsoft tərəfindən PlayStation Portable studiyası tərəfindən istehsal olunmuş "CONCEPTION" (2012, 2013) videooyunlarının personaj dizayneri olmuşdur.
2016-cı ildə Newtype Anime Mükafatının "Ən yaxşı orijinal personaj dizayneri" nominasiyasında 3-cü yeri tutmuşdur.
İstinadlar
Xarici keçidlər Şiniçiro Otsuka Twitter-də.
Kateqoriya:Anime personajı dizaynerləri Kateqoriya:Yaponiya illüstratorları Kateqoriya:Kumamoto prefekturasında doğulanlar