"Son peyğəmbər", əsərin orijinal adı "Məhəmməd" () — Məhəmməd Əsəd bəyin 1932-ci ildə almanca yazdığı Məhəmməd peyğəmbərdən bəhs edən tarixi-publisistik romanı.
Məzmun
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Məhəmməd Peyğəmbərin uşaqlığı, gəncliyi və peyğəmbərliyi, eləcə də islamın XX əsrin əvvəlinə kimi olan vəziyyəti bədii boyalarla təsvir olunur.
Nəşr və tərcümə
Roman ilk dəfə 1932-ci ildə Berlində Kiepenheuer nəşriyyatında çap olunmuşdur. thumb|Romanın 2016-cı il azərbaycanca nəşrinin üz qabığı Əsər daha sonra Çərkəz Qurbanlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və Bakıda 2005-ci ildə Nurlan nəşriyyatında 475 səhifədə, 2016-cı ildə Bakı Kitab Klubu nəşriyyatında 392 səhifədə çap olunmuşdur.
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Kateqoriya:Tarixi romanlar Kateqoriya:Publisistika