Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun Əmircan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası Əmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir. Dövlət tərəfindən təsdiq olunan əmirhac vəzifəsinin sahibi Məkkəyə ziyarətə gedənlərə başçılıq edərmiş; 2. Dağətəyi ərazidədir. XIX əsrə aid mənbələrdə Əmircanlı variantında qeydə alınmışdır. Yaşayış məntəqəsi XVIII əsrdə İlisu və Sarıbaş kəndlərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Əmircanlı orada məskunlaşmış bir nəslin adıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən Tiflis quberniyasının və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Əmircan (mənbədə "Əmircalı") kəndində milli tərkibi ləzgilərdən, muğallardan və bəylərdən ibarət 78 ailə yaşayırdı.Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза""), стр. 168 Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. Kənd əhalisini əsasən azərbaycanlılar, az bir qismini isə saxurlar təşkil edir.SİL (Summer Institute of Linguistics) İnternational Electronic Survey Reports 2005: The Sociolinguistic Situation of the Tsakhur in Azerbaijan 13–22 aprel 2009-cu il Azərbaycan əhali siyahıyaalınmasına əsasən Ləkit kənd ərazi dairəsinə daxil olan yaşayış məntəqələrində 2603 nəfər (1274 nəfəri kişilər, 1329 nəfəri qadınlar) əhali yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Qax rayonu 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən Əmircan kəndində 151 təsərrüfatda hər iki cinsdən toplam 561 nəfər əhali yaşamaqdadır.Qax Rayon İcra Hakimiyyəti: İcra Hakimiyyəti: Bələdiyyələr: Qax rayonu inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr haqqında məlumat Əhali əsasən maldarlıq və fındıqçılıqla məşğul olur.

Həmçinin bax Qax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin

İstinadlar

Kateqoriya:Qax rayonunun kəndləri