Ağ kətandakı adam tammetrajlı sənədli film rejissor Şamil Nəcəfzadə tərəfindən 2000-ci ildə çəkilmişdir. Film Simurq kinostudiyasında istehsal edilmişdir. Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.
Məzmun Film kino rəssamı, Azərbaycanın xalq rəssamı, Dövlət Mükafatı laureatı Kamil Nəcəfzadə haqqındadır.
Kamil Nəcəfzadə 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam etdirir. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdır və "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayır. Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində də öz sözünü demişdir.
Filmin üzərində işləyənlər Ssenarist: Şamil NəcəfzadəRejissor: Şamil NəcəfzadəOperator: Rövşən QuliyevProdüser: Davud İmanov, Şamil Nəcəfzadə
İstinadlar
Kateqoriya:2000-ci ilin filmləri Kateqoriya:2000-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər