Adi və qeyri-adi Səttar BəhlulzadəAllahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4. qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Elnurə Kazımova tərəfindən 2014-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir. Filmdə Səttar rolunda Bəxtiyar Məmmədov çəkilmişdir.
Məzmun Film Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadənin adi və qeyri-adi həyat və yaradıcılığını əks etdirir.
Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.
Film rəssamın ölümünün 40 illiyinə həsr edilmişdir.
Filmin üzərində işləyənlər Ssenarist: Möhbəddin Səməd Rejissor: Elnurə Kazımova Operator: Adil Abbasov
Rolda Bəxtiyar Məmmədov — Səttar Bəhlulzadə
İstinadlar
Mənbə Allahverdiyev, E. “Adi və qeyri-adi Səttar Bəhlulzadə”: [AzTV-nin görkəmli rəssama həst etdiyi eyniadlı film haqqında] //Ekran-efir.- 2014.- 7 mart.- S.4.
Kateqoriya:2014-cü ilin filmləri Kateqoriya:2014-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər