Adam qısametrajlı bədii filmi rejissor Şamil Mahmudbəyov tərəfindən 1996-cı ildə çəkilmişdir. Film 2010-cu ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır. Filmdə Əhməd kişinin timsalında tənhalıq problemi əks etdirilir. Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir. Filmdə əsas rolları Arif Kərimov, Ruslan Nəsirov, Rahib Əliyev, Arif Qasımov, İdris Rüstəmov, Bəhram Bağırzadə, Elxan Quliyev, Yuri Rjov, Zilli Namazov və Sona Quliyeva ifa edirlər.

Məzmun Filmdə Əhməd kişinin (Arif Kərimov) timsalında tənhalıq problemi əks etdirilir. Əhməd tək yaşayır. Dost-tanışlardan heç kəs onu axtarmır, onunla maraqlanmır. Əhməd özü onları tapmaq qərarına gəlir. Şəhərdə bir neçə dost-tanışını görür, lakin onlar da müxtəlif bəhanə ilə onunla görüşməyi ləngidirlər. Hətta dostu Elxan (Elxan Quliyev) da təyin olunan yerə gəlib çıxmır. Əhməd çarəni xəstəxanada yatmaqda görür. Sağlam olduğu halda özünü xəstəliyə vuran Əhmədin ilk günlər planı baş tutur. Dost-tanışları onun başına yığışırlar. Lakin yenə ara səngiyir. Tənhalıq xəstəlikdir, tənhalıq ölümdür. Nəhayət tənhalıq sağlam Əhməd kişini də öldürür...

Film insanların bir-birinə qarşı olan etinasızlığından, vəfasızlığından bəhs edir.

Film haqqında Filmin çəkilişləri 1996-cı ildə həyata keçirildi. Lakin rejissor Şamil Mahmudbəyovun səhhətinin pisləşməsi filmi yarımçıq qoydu. Rejissor 1997-ci ildə vəfat etdi. 13 il sonra film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Yeni dalğa" prodüser mərkəzində tamamlanmışdır.

Filmin üzərində işləyənlər Ssenarist: Balaş Abbaszadə, Nəriman ƏbdülrəhmanlıRejissor: Şamil MahmudbəyovOperator: Nizami AbbasProdüser: Rasim Həsənov

Rollarda Arif Kərimov — ƏhmədRuslan Nəsirov — DaşdəmirRahib Əliyev — YusifArif Qasımov — Səmədİdris Rüstəmov — YaqubBəhram Bağırzadə — kommersantElxan Quliyev — Elxan

İstinadlar

Həmçinin bax

Azərbaycan filmlərinin siyahısı 2010-cu ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:2010-cu ilin filmləri Kateqoriya:2010-cu ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Sahibinin ölümündən sonra yayımlanmış əsərlər Kateqoriya:Şamil Mahmudbəyovun filmləri