İmanov Həsən Həşim oğlu (1901–1937) — tarixçi, jurnalist, tərcüməçi.Ə. Tahirzadə. Dosent Həsən Həşim oğlu İmanov. 525-ci qəzet, 11 dekabr, 2004, s. 27; 14 dekabr 2004, s. 27Керимова Т.С. Из истории Национальной Академии наук Азербайджана. Баку: Тахсил, 2005, с. 403–404
Həyatı 1901-ci ildə Şuşada anadan olub. İbtidai təhsilini mədrəsədə almış, daha sonra Şuşa realnı məktəbinə qəbul olaraq 1919-cu ilə qədər təhsil almışdır. 1920-ci ildə Bakıya gəlmişdir. 1921–1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsində təhsil almış və tarixçi ixtisasına yiyələnmişdir. Eyni vaxtda Yeni Türk Əlifbası Komitəsində işləmişdir. 1928-ci ildə Şərq Xalqları İnstitutunun aspiranturasında təhsil almaq üçün Moskvaya Xalq Maarif Komissarlığına göndərilmişdir.
Fəaliyyəti 1931-ci ildə İnstitutu başa vurduqdan sonra Bakıya qayıtmış və Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda I kateqoriyalı elmi əməkdaş kimi işə başlamışdır. Ali Pedaqoji İnstitutun "Zaqafqaziyada sinfi mübarizə tarixi" kafedrasının dosenti olub. Eyni zamanda Dövlət Muzeyində elmi katib və direktor müavini işləyib. 1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun yenidən təşkilindən sonra Dövlət Arxinidə elmi əməkdaş işləmişdir. 1933-cü ildə Dövlət Elmi Şurasına seçilmiş və tarix-fəlsəfə şöbəsinin katibi olmuşdur. 1934-cü ilin yanvarından isə Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan şöbəsində işə qəbul olunmuş əvvəlcə məsləhətçi, daha sonra ədəbiyyat şöbəsində elmi əməkdaş işləmişdir. 1935–1937-ci illərdə SSRİ EA-nın Azərbaycan filialının arxeoqrafiya şöbəsinin elmi əməkdaşı və müdiri olub. 1937-ci ilin martında Azərbaycan SSR-in Xalq Daxili İşlər Komissarlığı orqanı tərəfindən həbs olunaraq güllələnmişdir.
Əsərləri Azərbaycan tarixşünaslığı üzrə bir neçə əsər yazmışdır, lakin tədqiqatları yalnız tarixi istiqamətlə məhdudlaşmayıb: Hökumət Türk Dram Tiyatrosunun bir illiyi. Yeni yol, 27 yanvar, 1923, № 4; "Ölülər" qəhrəmanı İsgəndərin məhkəməsi münasibətilə. Yeni yol, 10 mart, 1923, № 9 Tənqid və biblioqrafiya. Türküstan kitabları. Yeni yol, 31 mart, 1923,№ 11 Tənqid tiyatrosunda. Yeni yol, 19 aprel, 1923, № 14 Acınacaq bir hal (baş məqalə), Yeni yol, 24 aprel, 1924, № 9 Крымский фонетический алфавит. Изв. Общества обследования и изучения Азербайджана. Баку, 1926, № 2 Yeni ərəb əlifbası, Kommunist qəzeti, 18 şubat (fevral), 1926, № 42, s. 4–5 N. B. Vəzirov (nekroloq). Yeni yol, 12 iyul, 1926, № 159 Birinci Türkoloji Qurultay, Yeni yol qəzetinə əlavə, 7 noyabr, 1927, s. 13–14 Вопросы историографии Азербайджана: наши достижения и ближайшие задачи. Труды АзФАНф. ХХХ том. Баку, 1936, с. 161–164 Вопросы историографии Азербайджана. Наука АзССР за 15 лет. Б, 1936
Mənbələr Ə. Tahirzadə. Dosent Həsən Həşim oğlu İmanov. 525-ci qəzet, 11 dekabr, 2004, s. 27; 14 dekabr 2004, s. 27 ЦА НАНА, ф. 39, оп. 1 Гос. Истор. архив Азерб. ф. 103, оп. 1 Архив МНБ АР, архивно-следственное дело № ПР 19087
İstinadlar Kateqoriya:Şuşada doğulanlar Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Tarixçilər Kateqoriya:1901-ci ildə doğulanlar Kateqoriya:1937-ci ildə vəfat edənlər Kateqoriya:Repressiya qurbanları Kateqoriya:Şuşa alimləri