Türkmənistan Prezidenti — Türkmənistanın ali dövlət vəzifəsi. Türkmənistan Prezidenti dövlətin başçısı hesab olunur. Türkmənistan Prezidenti, vəzifəyə seçki yolu ilə təyin olunur. Türkmənistan vətəndaşları seçki yolu ilə bir nəfəri yeddi il müddətinə Türkmənistan Prezidenti vəzifəsinə seçir. Türkmənistan Prezidenti seçilən şəxsin səlahiyyət müddəti seçildiyi il martın 19-da başlayır və yeddi il sonra başa çatır.

2022-ci il martın 19-dan Türkmənistan Prezidentinin səlahiyyətlərini Sərdar Berdiməhəmmədov icra edir.

Prezidentlərin siyahısı

SıraPortretPrezidentSəlahiyyətlərinin müddətiSeçkiPartiyaGəldiyi tarixGetdiyi tarixGün1.Saparmurat Niyazov (1940—2006)20 iyun 199221 dekabr 2006 (vəfat etdi)1992Sovet İttifaqı Kommunist Partiyası, TDP2.Qurbanqulu Berdıməhəmmədov (1957—)12 fevral 200719 mart 20222007Partiyasız3.Sərdar Berdiməhəmmədov (1981—)19 mart 2022hal-hazırda2022TDP

Prezidentlərin müddəti

Qeydlər

İstinadlar

Kateqoriya:Türkmənistanın dövlət quruluşu *