Novuşbaşı dağı – Ordubad rayonu ərazisində dağ (hünd. 1600 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Qapıcıq yüksəkliyindən (hünd. 3905,2 m) cənub-qərbə ayrılan Xəzəryurd qolunun qərb yamacında zirvə. Parağa kəndindən 3,5 km şimal-qərbdədir.  Orta Eosenin Lütet mərtəbəsinə aid Biləv lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş hamar təpəli yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vəndam sinklinalının  geniş şimal-şərq qanadında yerləşir.

Həmçinin bax: Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu dağı Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri