Son illərdə dünyada şəhər nəqliyyat sektorunda ənənəvi, böyük investisiyalar tələb edən və geri dönüşü mümkün olmayan nəqliyyat sisteminin inkişaf etdirilməsi siyasəti yerinə, daha az sərmayə tələb edən və əldə olan qaynaqların daha ağıllı və məhsuldar istifadə etməklə inkişaf etdirilmiş nəqliyyat siyasəti tətbiq edilir. İctimai nəqliyyat vasitələrinə olan artan tələbatı təşviq etmək yerinə bu tələbi idarə etmək üçün inkişaf etdirilmiş bir "Nəqliyyatda tələbin idarə edilməsi" siyasəti həyata keçirilir.

Nəqliyyatda tələbin idarə edilməsi Nəqliyyat və tıxac planlaması baxımından tələbin idarə edilməsi (Təklifin tələb yaratması) - ( ) Dünyanın bir çox ölkələrinin əhalisinin artması, nəqliyyat vasitələri sayında, sərnişin və yük daşımacılığnda və bunlara əlavə olaraq qloballaşmanın sürətlə artması səfərlərə olan tələbə təsir etməkdədir. Bütün bu hadisələr insanların ev ilə iş yerləri arasında seçim etdikləri nəqliyyat imkanları və yük daşımacılığı seçənəklərini də dəyişdirirGiuliano ve Wachs, 1991: 1. Nəqliyyat ilə əlaqədar problemlər çox vaxt iqtisadi baxımdan yüksək xərclərə səbəb olur. Səfərlərə olan tələbin ödənilməsi, nəqliyyat (çatdırılma) və bununla əlaqədar imkanları (xərcləri) artırılmadan səfərlərə (yolculuğa) olan tələbi azaldaraq və yaxud məhdudlaşdıraraq həll etməyi qarşısına məqsəd qoyan planlamadır. Nəqliyyat problemlərini və tıxacların həll edilməsində böyük həcmli investisiyalar qoymadan aradan qaldırılması səfər vərdişlərinin dəyişdirilməsini hədəfləməkdədir. Bununla bərabər bütün nəqliyyat problemlərini və nəqliyyat tıxanıqlığının aradan qaldırılmasında hər dərdə dərman olamasa da olduqca təsirli bir strateji planlaşdırma hesab olunurBurak KOZALI "Ulaşımda Talep Odaklı Yaklaşım: Yolculuk Talep Yönetimi" Journal of Life Economics (JLECON) (Vol.1, No. 1),1/2014 , səh.57-68. Nəqliyyat xidmətlərində ənənəvi olaraq təklif yönümlü həll istiqamətlərinə daha çox yer verilir və bu istiqamətdə nəqliyyatın imkanlarını (tutumunu, həcmini) artıracaq işlər görülür. Lakin nəqliyyat xidmətlərinin göstərilməsində ənənəvi olan təklif istiqamətli həll üsulları zaman keçdikcə yetərsiz qaldığından, problemin tələb baxımından ələ alınmasına səbəb olmuşdur və bu istiqamətdə nəqliyyatda tələbin idarə edilməsi məsələsi ortaya çıxmışdır. Nəqliyyatda tələbin idarə edilməsini tıxac probleminin həlli məqsədi ilə nəqliyyat imkanlarını artırmaq yerinə səfər tələbini azaldan və məhdudlaşdıran siyasətlər və ya tədbirlər planı şəklində ifadə etmək mümkündür

Tədbirlər

Fiziki yaxşılaşdırma tədbirləri

Sərnişin daşımada yaxşılaşdırmalar Piyada və velosiped yollarının inkişaf etdirilməsi Park etmə və sürücülük planlamaları Səyahət müddətlərini qısaldacaq tənzimləmələr Avtomobillərdə enerji səmərəliliyini təmin edəcək texnoloji dəyişikliklərGarling ve Schuitema, 2007: 141.

Hüquqi siyasət Şəhər mərkəzlərində avtomobil tıxacının qadağan edilməsi Park etmə nəzarəti və tənzimləmələri Sürət limitinin aşağı salınması

İqtisadi siyasət Avtomobillər və yanacaq üzərində vergitutma Yol və ya tıxac cərimələri Kilometrə görə ödənişlər Sərnişin daşımanın xərclərini azaltmaq

Bilgiləndirmə və təhsil tədbirləri Fərdi marketinq Cəmiyyəti məlumatlandırma kampaniyaları Davranışların nəticələri haqqında geri bildiriş Sosial modelləşdirmə

Xarici keçidlər İsmail Şahin, "Kentiçi Ulaştırmada Talep Yönetimi" Yıldız Teknik Üniversitesi, 18 Haziran 2013 Seda HATİPOĞLU, Ebru ARIKAN ÖZTÜRK, "YOLCULUK TALEP YÖNETİMİ STRATEJİLERİNİN KENTSEL TRAFİK YÜKÜNE ETKİSİ ÜZERİNE BİR UYGULAMA " 2016

İstinadlar

Kateqoriya:Nəqliyyat Kateqoriya:İdarəetmə Kateqoriya:İnfrastruktur Kateqoriya:İqtisadiyyat Kateqoriya:Əhali Kateqoriya:Problemin həll edilməsi Kateqoriya:Nəqliyyat planlaşdırılması Kateqoriya:Nəqliyyat iqtisadiyyatı Kateqoriya:Dayanıqlı nəqliyyat