Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Məsələn, a) elmi cəhətdən araşdırmaq, öyrənmək, tədqiqat aparmaq;

b) bir şeyi müəyyənləşdirmək üçün diqqətlə ona baxmaq, gözdən keçirmək.

Tədqiqat metodu Tədqiqat metodları aşağıdakılardır:

yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu.

Tədqiqat mövzusu Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey.

Tədqiqat obyekti Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə.

Tədqiqatçı Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam.

Ədəbiyyat R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.

Kateqoriya:Tədqiqat metodları Kateqoriya:Elmi tədqiqatlar Kateqoriya:Sahələrinə görə elmlər