Zaqafqaziya mərmər böcəyi () — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin lövhəbığlar fəsiləsinə aid olan növ.
Xarici quruluşu Zaqafqaziya mərmər böcəyi 28–38 mm uzunluqda olub, qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəciyinin əsasında isə qara haşiyə vardır. Bığcıqları lövhə şəkilindədir. İyunun sonundan başlayaraq böcəklər kütləvi uçuşa başlayırlar. Böcəklər ancaq gecələr fəal olur. Az müddət sonra böcəklər cütləşməyə başlayırlar.N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964. Həyat tərzi Bir dişi böcək həyatı ərzində 15-40-a kimi yumurta qoyur. 20-25 gün keçdikdən sonra yumurtalardan sürfələr çıxmağa başlayır. Birinci qabıqdəyişməyə qədər sürfələr humus, müxtəlif bitki qalıqlarının çürüntüləri və s. ilə qidalanırlar. Qışda havanın temperaturunun aşağı düşməsilə əlaqədar olaraq torpağın dərin qatlarına gedib qışlayırlar. Sürfə pup halına torpağın 10-15 sm dərinliyində keçir. Puplaşma havanın temperaturundan asılı olaraq 20-30 gün çəkir.S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s.
Yayılması Azərbaycanın Gəncə, Qazax zonalarında geniş yayılmışdır.
Ədəbiyyat S.R.Məmmədova, B.B.Xəlilov. Kənd təsərrüfatı entomologiyası. Bakı: 1986, -206 s. N.H. Səmədov taxıl böcəkləri və onlarla mübarizə tədbirləri. Bakı: 1964.
Xarici keçidlər Мраморный хрущ Polyphylla fullo (Linnaeus, 1758) (Scarabaeidae) — photo by D.Doychev
Kateqoriya:Lövhəbığlar Kateqoriya:1758-ci ildə təsvir edilən sərtqanadlılar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları