Buor-Xaya körfəzi — Laptevlər dənizinin cənubunda yerləşən körfəzi. Lena deltasının cənub-şərqində qərarlaşır. Körfəzin uzunluğu 120 km, eni 110 km, dərinliyi 18 metrdir. İnzibati cəhətdən Rusiyanın Yakutiya ərazisində yerləşir.

Şərqdən Buor-Xaya burnu ilə əhatələnir. Qərb sahilində Tiksi buxtası yerləşir. Körfəzin daxilində Muostax adası yerləşir.

Körfəzə tökülən ən iri çay Omoloy çayıdır. İlin 9 ayı buzla örtülüdür.

Körfəzdə qütb stansiyası yerləşirDeserted Buor-Khaya Polar Station

Körfəzə tökülən çaylar Körfəzə tökülən çaylar: Omoloy, Kuloy, Nayba, Xara-Ulax, Ulaxan-Bildyax, Orto-Stan.

İstinadlar

Kateqoriya:Yakutiya körfəzləri Kateqoriya:Laptevlər dənizi körfəzləri