Dərələyəz nahiyəsİ —XVI əsrdə Səfəvilər dövlətinin Azərbaycan bəylərbəyliyinin tərkibinə daxil olduğu dövrdə Naxçıvan ölkəsinin tərkibinə daxil olan nahiyələrdən biri.
Naxçıvanın tərkibində inzibati ərazi vahidi kimi bu dövrdən başlayaraq adı tez-tez mənbələrdə çəkilən Dərələyəz nahiyəsi şimalda Basarkeçər yaylası, şərqdə Zəngəzur silsiləsi, cənubda Ələyəz dağları, qərbdə isə Səlim aşırımı yerləşən hündür dağlarla əhatə olunmuşdu. Bu sərhədlər daxilində hesablanan zaman məlum olur ki, bəhs etdiyimiz dövrdə Naxçıvan ölkəsinin Dərələyəz nahiyəsinin ərazisi, təqribən, 1607 kvadratkilometr olmuşdur.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
Toponimin mənası Bu dövrdən sonra mənbələrdə adı tez-tez çəkilən “Dərələyəz” və ya “Dərə-alagöz” toponimin mənası ilə bağlı məsələni aydınlaşdırmaqda fikrimizcə fayda vardır. K.N.Smirnov topladığı müxtəlif yerli materiallar və tarixi əsərlərə əsaslanmaqla toponimin mənasını izah edərkən onun “dərə” və “ələyəz” sözlərinin birləşməsindən yarandığını qeyd etmiş və mənasının “ələyəz adlanan bitkinin bitdiyi dərə” mənasında olduğunu yazmışdır Смирнов К. Материалы по истории и этнографии Нахичеванского края. Баку:Озан, 1999, 156 c., s. 114.
Lakin ərazinin adını sadəcə bir bitkidən alması o qədər də inandırıcı fakt deyildir.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85 AMEA-nın müxbir üzvü A.Bağırov sözün sadəcə iki komponentdən ibarət olduğunu qeyd etmiş, lakin “ələyəz” və yaxud “alagöz” kimi qeyd olunan ikinci komponent barədə məlumat verməmişdir.Bağırov A. Naxçıvanın oykonimləri (1590-2007-ci illərin məlumatları əsasında). Bakı:Nurlan,2008, 336 s., s. 127 Professor H.Mirzəyev “Ələyəz” sözünün oğuzlarla bağlı etnonim olduğunu qeyd etmişdir Mirzəyev H. Qərbi Azərbaycanın Dərələyəz mahalı. Bakı:Elm,2004, 856 s., s.191. Tədqiqatçı İ.Bayramov da bu sözün alagöz türk tayfası ilə bağlı etnonim olduğu qənaətinə gəlmişdir. Bayramov İ. Qərbi Azərbaycanın toponimlər sistemi. Bakı:Elm,2005, 432 s., s. 155 Alagöz tayfasının türkmənşəli tayfalardan biri olması barədə qeydlər türk tədqiqatçısı Necdet Sevinçin əsərlərində də qeyd edilmişdir.Sevinç N. Gaziantep'te yer adları ve türk boylan, aşiretleri, türk oymakları // Türk dünyası araştırmaları, 1983, № 26,180 s., s. 120 Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadənin fikrincə də Dərələyəz sözünün tarixən bu ərazidə məskunlaşmış türk tayfalarından biri olan alagözlərlə bağlı olması ehtimalı daha güclüdür.Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 86
XVIII əsrin əvvəlində Osmanlı dövlətinin idarəsialtında olmuş Naxçıvan sancağının 14 nahiyəsindən biri dəDərələyəz idi. Bu dövrdə Dərələyəz nahiyəsi 102 kəndi əhatəedirdi Gabud
Mənbə Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s. 85
İstinadlar
Kateqoriya:Naxçıvan ərazisinin tarixi-siyasi coğrafiyası