Aruba — Karib dənizində, Venesuelanın yaxınlığında yerləşən və Kiçik Antil adalarına daxil olan Niderlanda məxsus ada dövləti.

1499-cu ildə ispanlar tərəfindən tapılmış, 1636-cı ildə isə Niderlandın müstəmləkəsinə çevrilmişdir. 1986-cı ildə Niderland Antil adalarının tərkibindən çıxarılaraq Niderlandın birbaşa tabeliyinə keçirilmişdir.

Sahəsi 193 km², əhalisi təxminən 103 min nəfərdir. Əhalinin əksəriyyəti paytaxt Oranyestadda məskunlaşıb və afrikalı, yerli, avropalı, hindli qarışığından ibarətdir. Yerli dili papyamento, rəsmi dövlət dili flamand dilidir.

XX əsrin əvvəllərində Venesuela neftini emal edən neftayırma zavodları əsas gəlir qaynağı ikən 1980-ci illərdən etibarən turizm daha böyük əhəmiyyət qazanmışdır.

Coğrafiya İqlimi quru tropikdir. Orta illik temperaturu 28 °C-dir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Muxtar bölgələr Kateqoriya:Ada dövlətlər Kateqoriya:Konstitusiyalı monarxiyalar Kateqoriya:Yaranmamış dövlətlər Kateqoriya:Şəhər-dövlətlər