Şəbəkəarası paket mübadiləsi (, ) – Novell NetWare şəbəkələrində paketlərin server və işçi stansiyalar arasında ötürülməsini və yönləndirilməsi üçün istifadə olunan təməl protokol. İlk versiyası Xerox şirkətində işlənib hazırlanıb. IPX paketləri Ethernet və ona bənzər sistemlərin paketləri ilə uyğun gəlmir. IPX yeddi səviyyəli OSI modelinin şəbəkə səviyyəsinə uyğundur, ancaq kanal səviyyəsinin bir sıra funksiyalarını da özündə birləşdirir.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər RFC 1132 - A Standard for the Transmission of 802.2 Packets over IPX Networks Ethernet Frame Types: Don Provan's Definitive Answer
Kateqoriya:İnformatika Kateqoriya:Şəbəkə protokolları Kateqoriya:İnternet protokolları