Əlirza Abdulla oğlu Rasizadə () — Azərbaycanlı maarifçi, həcvyazan, marksist inqilabçı və Zaqafqaziyada sovetləşmə prosesinin fəallarından biri, Naxçıvan MSSR-in yaradıcılarından biri, Azərbaycan SSR siyasi və dövlət xadimi. Görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qardaşı.
Erkən illəri Əlirza Rasizadə 1884-cü ildə Naxçıvan şəhərində din xadimi Hacı Molla Abdulla Rasizadənin (bu soyadın ilk daşıyıcısı) ailəsində anadan olub.O zamanlar Şahtaxtılı Abdulla, güclü səsə malik və savadlı bir insan olaraq, Qurandan surələri çox gözəl oxuyardı və ona görə ətrafdaki Rusiya və İran şəhərlərində dini tədbirlərə dəvət edilirdi. Buna görə də ona Rasi-zadə soyadı verilmişdir: fars dilində "rasidən" sözü uzada-uzada oxumaq deməkdir, hansı ki yəhudi soyadı Kantora uyğun olaraq, sonralar Əlirza Rasizadənin ədəbi və partiya ləqəbi olub. ("Cantor" latın dilində "kilsədə oxuyan" deməkdir). 1877-ci ildə hacı-molla Abdulla doğma kəndi Şahtaxtıdan Naxçıvan şəhərinə köçüb və orada onun üç oğlu doğulub: Məhəmməd (1878), Hüseyn (1882) və Əlirza (1884) Rasizadələr. Azərbaycan ədəbiyyatında Rasizadə qardaşları milli mədəniyyətin təkamülündə üç cərəyan ilə və həmçinin ictimai-siyasi fikrin üç istiqaməti ilə eyniləşdirilirldi, çünki Məhəmməd Tehranda fars, Hüseyn (Cavid) Istanbulda türk, Əlirza isə Qori seminariyasında rus təhsilini alıb, müvafiq (islam, türk və rus) təsirinin təbliğçisi olublar.Rasizadə evində üç qardaş arasında baş verən bu disputlar onların həmyerlisi yazıçı Cəlil Məmmədquluzadəni "Anamın kitabı" (1919) pyesinin yazılmasına ruhlandırmışdır: orada təsvir edilmiş fars, türk və rus təhsili almış üç qardaşın prototipləri Rasizadə qardaşları idi. = Дж.Мамедкули-заде. Анамын китабы (перевод А.Шарифа): Драмы и прозаические произведения. Издательство АГУ, Баку, 1958, стр.354–382. Demək olar ki, bu üç qardaş arasında mürəkkəb münasibətlər XX əsrin Azərbaycan cəmiyyətindəki üç sinfi ideologiyalara uyqun olaraq özünü müvafiq təmsil edib.Tarixçi professor Əli Rasizadə (Əlirzanın nəvəsi) hətta Azərbaycan tarixində bu üç qardaşın sinfi mövqelərini müqayisə edərək belə yazır: "Əgər 1920-ci ildə Əlirza Rasizadənin ideyaları qalib gəlib, 70 ildən sonra 1991-ci ildə Hüseyn Cavidin ideyaları qalib gəldi, amma bu hələ tarixin son sözü deyil — hər şey ona doğru gedir ki, onların yerinə şeyx Məhəmməd Rəsizadənin ideologiyası gələ bilər." = Alec Rasizade. Azerbaijan after Heydar Aliev. Nationalities Papers (London), March 2004, volume 32, number 1, pages 137–164.
Naxçıvan şəhərində Əlirzanın müəllimi (bu sözün birbaşa və məcazi mənasında) görkəmli satirik Cəlil Məmmədquluzadə idi. O, ətraf gerçəkliyin konkret misallardarında, o zamanın azərbaycan cəmiyyətində hökm sürən müsəlman ənənələrini və həyat tərzini tənqidi yolla qəbul etmək üsulunu ona öyrətmişdir. Nəticədə, Məmmədquluzadənin təsiri altında, Əlirza bütün həyatı boyu müsəlmançılığı ifşa edirdi. Məmmədquluzadənin məsləhəti ilə (o özü 1887-ci ildə oranı bitirmişdir) Əlirza 1900-cü ildə Gürcüstanın Qori şəhərindəki Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olub, 1905-ci ildə onu bitirdi. Orada o, 1920-ci illərin Zaqafqaziyada Bolşevik İnqilabının bir çox iştirakçısı və yerli Sovet hakimiyyətinin gələcək rəhbər kadrları ilə tanış oldu.В.Ю.Самедов. Распространение марксизма-ленинизма в Азербайджане (в двух томах): том I. Издательство Азернешр, Баку, 1962, стр.175.
Fəaliyyəti Seminariyanı bitirdikdən sonra Əlirza doğma Naxçıvan şəhərinə qayıdır və orada rus dili və ədəbiyyatı üzrə məktəb müəllimi vəzifəsində işləyir. Oradaca o, 1915-ci ildə 15-yaşlı Səkinə Məmmədovaya evləndi və gələn il onların oğlu Şamil anadan oldu. Əlirza maarif sahəsində kifayət qədər sürətli karyera edib, İrəvan quberniyasının Naxçıvan qəzası xalq təhsili departamentinin rəisi vəzifəsinə yüksəldi.Государственные школы, училища и гимназии Нахичеванского уезда (инспекционный список и краткие сведения). = ГААР (Баку): фонд 57 (материалы Наркомпроса Аз.ССР), опись 18, дело 36, листы 112–117. Müsəlman əhalisi arasında rus dili və mədəniyyətinin yayılmasında uğurlarına görə Əlirza Rasizadə 1912-cü ildə Müqəddəs Stanislav ordeni ilə təltif edilib, 1913-cü ildə isə Romanovlar evinin 300-illik səltənəti ilə əlaqədar xatirə medalı ilə qeyd olunmuşdur.Полное собранie законовъ Россiйской Имперiи: собранie III. Санкт-Петербург, 1913, том 33/1, стр.182–183, № 38853.
Birinci dünya müharibəsində Rusiyanın məğlubiyyətindən və Zaqafqaziyada müstəqil respublikaların təhsilindən sonra Ermənistan və Azərbaycan arasında amansız bir müharibə başlayır. 1918-ci ilin yayında Naxçıvan şəhərinin erməni generalı Andranik tərəfindən işğalı nəticəsində Əlirza ailəsi ilə Bakıya qaçmağa məcbur olur və Buynak (indi Şeyx Şamil) küçəsində məskunlaşır. Burada o, Azərbaycan parlamentinin dəftərxanasında stenoqrafist vəzifəsində çalışır.Личный состав служащих правительственных учреждений Азербайджанской Республики (адрес-календарь). Типография газеты "Азербайджан", Баку, 1920, стр.28. 28 aprel 1920 ildə XI Qızıl Ordu Bakıya daxil oldu və bütün hakimiyyət Azrevkomun əlinə keçdi. Azrevkomun üzvləri arasında Əlirzanın Qori seminariyasındaki yoldaşlarıda var idi—onlar onu dərhal dəvət edib Sovet hakimiyyətini qurmaq üçün Naxçıvana göndərdilər.Декрет Азревкома "О неотложных мерах по установлению Советской власти в Нахичевани" от 1 августа 1920 года. = Декреты Азревкома 1920–1921 годов: сборник документов. Издательство Азернешр, Баку, 1988, стр.268.
1920-ci il iyulun 28-də Naxçıvanda XI Qızıl Ordusunun Hərbi İnqilab Şurası Ermənistandan müstəqil Naxçıvan Sovet Respublikasını elan etdi və eyni zamanda Naxrevkom şəklində Naxçıvanda Sovet hakimiyyətinin ali (və yeganə) orqanını yaratdı. Tezliklə Naxrevkom Naxçıvan SSR Xalq Komissarları Şurasına çevrildi və Əlirza Rasizadə onun tərkibində xalq maarifi komissarı vəzifəsinə təyin olundu.Протокол № 19 заседания Совета народных комиссаров Нахичеванской ССР от 2 ноября 1920 года. = Госархив Аз.ССР (Баку): фонд 175 (Hax. ACCP), опись 36, дело 4, листы 18–21. Naxçıvanın sovetləşdirməsində xidmətlərinə görə Əlirza Rasizadə 1922-ci ildə Azərbaycan SSR Əmək ordeni ilə təltif edildi.Постановление Президиума АзЦИК "О награждении т. Раси-заде А.А. oрденом Труда Азербайджанской ССР" от 28 апреля 1922 года. = "Бакинский рабочий", 1.V.1922. O, yerli ziyalıların bir çox təmsilçilərini qırmızı terrordan xilas edib, onlara yeni Sovet hökumətində iş verdi. (Amma, 1925-ci ildə Mircəfər Bağırovun Naxçıvan reydi nəticəsində, onların hamısı repressiya edildi)."Правда" qəzetində 1925-ci ildə Bağırov tərəfindən Naxçıvanda repressiya olunmuş kadrların siyahısı: "В связи с результатами ревизии арестованы наркомвнудел Бабаев (сын ордубадского помещика, притеснитель крестьян), начальник милиции города Мурад-хан Нахичеванский (в прошлом крупный помещик), наркомзем Махмудбеков (крупный бек, бывший губернатор при мусаватистах), наркомфин Дадашев (сын ордубадского богача), наркомюст Курбанов (бывший городовой), председатель Иттифака (союза кооперативов) Кенгерлинский (крупный бек), председатель суда Ширван-заде (бывший член национального совета при мусаватистах), председатель профбюро Махмудов (мусаватист). Кроме них арестованы 25 беков, занимавших видные посты. Среди них выделяются заместитель наркомпроса Мунишев (бывший офицер, погромщик, участник армянской резни) и заведующий коммунхозом Алиев (бывший жандарм и мусаватист). Аресты произвели весьма благоприятное впечатление на местное население, выражающее свою нескрываемую радость". = Результаты обследования Нахичеванской Республики. "Правда" (Москва), 9.IV.1925. 1921-ci il Sovet-Türkiyə müqavilələri nəticəsində Naxçıvan Sovet Respublikası Azərbaycanın himayəsi altında muxtariyyət statusunu aldı və Əlirza Rasizadə Bakıya Azərbaycan SSR Mərkəzi İcrayyə Komitəsinin tərkibinə nümayəndə göndərildi.Члены НахЦИК, избранные на Всенахичеванском съезде Советов (список); Делегация НахЦИК в состав АзЦИК (список). = "Шарг гапысы" (Нахичевань), 28.I.1922.
Mərkəzi İcrayyə Komitəsinin tərkibində Əlirza o dövrün görkəmli dövlət xadimləri Səməd ağa Ağamalıoğlu, Əliheydər Qarayev, Sergey Kirov, Qəzənfər Musabəyov, Sultanməcid Əfəndiyev, Nəriman Nərimanov, Ruhulla Axundov və başqaları ilə yanaşı işləmişdir.Очерки истории Коммунистической партии Азербайджана. (Институт марксизма-ленинизма при ЦК КПА). Издательство Азернешр, Баку, 1963, стр.205. Rusdilli ziyalı olaraq, Əlirza Azərbaycanın 30 dekabr 1922-ci ildə Sovet İttifaqına daxil olmasını hərarətlə dəstəklədi.А.Расизаде (член АзЦИК). Наше будущее с Россией. = "Коммунист" (Баку), 3.I.1923. O, belə hesab edirdi ki, SSRİ-nin tərkibində və Sovet hökumətinin sənaye inkişafı nəticəsində Azərbaycan müsəlman geriliyi və cəhalətpərəstliyindən ayırıb, daha qabaqcıl Avropa mədəniyyətinə doğru gedəcəkdir, həyat səviyyəsi isə Rusiyaya qədər yüksələcək.А.Расизаде. Что дальше? = "Коммунист" (Баку), 4.XI.1921; Вместе мы сильнее. = "Заря Востока" (Тифлис), 12.III.1922; Автономия или союз? = "Бакинский рабочий", 27.IV.1922. Yerlərdə yeni iqtisadi siyasətin aparılması üçün 1923-cü ilin noyabrında Əlirza kənd rayonlarına ezamiyyətə göndərilmişdir. Bir dağ çayından keçəndə, suya yıxılıb ağ ciyərinə su doldu və nəfəs ala bilmədiyindən vəfat etdi. Bakı şəhər Çəmbərəkənd qəbiristanlığında onu dəfn etdilər. Sovet hakimiyyətinə görkəmli xidmətlərinə görə Əlirza Rasizadə ölümündən sonra 1923-cü ildə Azərbaycan SSR Qırmızı bayraq ordeni ilə təltif olundu.Постановление Президиума АзЦИК "О награждении т. Расизаде А.А. (посмертно) oрденом Красного знамени Азербайджанской ССР" от 5 декабря 1923 года. = "Бакинский рабочий", 9.XII.1923.
Yaradıcılığı thumb|160px|Əlirza Rasizadənin təltif olunduğu Müqəddəs Stanislav ordeni (1912) Əlirza Rasizadənin publisistikası iki dövrə bölünür: Azərbaycanda 28 aprel 1920-ci ildə sovet hakimiyyətinin qurulmasından əvvəl və sonra. İnqilabdan əvvəlki dövrdə o, öz pamfletlərini və felyetonlarını Kantor ləqəbi ilə imzalayırdı—o zamanlar, islam cəhalətpərəstlərinin təqibindən qaçmaq üçün, müəlliflərin əksəriyyəti belə edirdilər. Bu xüsusilə Əlirzaya aid idi, çünki o, müsəlman fanatizmini amansızla istehza edirdi, milli adətləri məhvedici satiraya qoyurdu, Azərbaycan cəmiyyətinin həm aşağı, həm də yuxarı təbəqələrinin cəhalətini hər cür təhqir edirdi. Əlirza (Kantor) həmçinin qələm yoldaşları ilə xüsusi kinayə ilə polemika aparırdı. Sovet hakimiyyəti qurulduqdan sonra (və hökumət üzvü olaraq) Əlirza eyni şeyləri artıq öz adı altında yazırdı, çünki onun sosialist ideologiyası hakim mövqe qazanmışdır.Əlirza Rasizadənin şəxsi arxivi (gündəliklər, fotoşəkillər, əlyazmaları, məktubları, sənədləri, nəşrləri, mükafatları) onun nəvəsi professor Əli Rasizadənin sərəncamında ABŞ-da saxlanılır.
Əlirzanın satirasında ən şiddətli üsul Redyard Kiplinqin məşhur "ağ adamın yükü" ifadəsini müsəlmançılığın əleyhinə istifadə edilməsi idi. Bu isə ona qarşı çox sayda sarsıntılara və fiziki təhdidlərə səbəb olurdu, halbuki həmin dövrün böyük azərbaycan satirikləri Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir eyni fikirləri söyləyirdilər: "Çöldə canavar görəndə qorxmuram, harda müsəlman görürəm qorxuram"."Я не пугаюсь волка в чистом поле, но боюсь, завидев мусульманина" (перевод А.Ш.Расизаде). = М.А.Сабир. Хоп-хоп-наме (полное собрание сочинений). Издательство Азернешр, Баку, 1934, стр.158. Məsələn, Əlirzanın pamfletlərindən birində deyilir: "Nədənsə şəriət qanunlarından zövq almaq əvəzinə, müsəlmanlar öz zalımlarından ağ adamın himayəsinə qaçırlar".Кантор (Алирза Расизаде). Бегство от Ислама. = "Кавказская копейка" (Баку), 28.IX.1911: "Мусульмане почему-то бегут от своих деспотов под защиту белого человека вместо того, чтобы наслаждаться у себя законами шариата". İndiki zəmanədə bu fikir çox aktual səslənir. Digər felyetonda Əlirza kinayə ilə şaxsey-vaxsey özünə işgəncə vermə ritual yürüşünü hər il keçirilən ekzotik bir festivala çevirib turistlərdən pul qazanmağı təklif edirdi.Кантор (Алирза Расизаде). О пользе шахсей-вахсея. = "Бич" (Баку), 12.Х.1913, стр.8–10.