Ayrılıq imiş tammetrajlı bədii filmi rejissorlar Ağaəli Əliyev və Faiq Kərimoğlu tərəfindən 2008-ci ildə ekranlaşdırılmışdır. İ. F. A şirkətinin istehsalıdır. Film Orxan Hüseyn adlı əyalətdən gələn və məşhurlaşan müğənninin həyatından bəhs edir. Əsas rolları İzzət Bağırov,Natəvan Həbibi və Mehriban Xanlarova ifa edirlər.
Məzmun Orxan Hüseyn (İzzət Bağırov) adlı müğənninin həyatından bəhs edən filmdə baş qəhrəman əyalətdən gələn bir oğlandır. Yaxşı insanların dəstəyi ilə o, bir xanım bəstəkarla tanış olur. Südabə (Mehriban Xanlarova) adlı bu xanım həm də konsert təşkilatçısıdır. Orxana hədsiz simpatiyası olan Südabə, istəmədən ona vurulur və hər şey də bundan sonra başlanır. Orxan isə Nərmin (Natəvan Həbibi) adlı bir qızla tanış olur və onun məhəbbətini qazanır. Süjet xətti Orxanı dəlicəsinə sevən Südabənin tapançadan açdığı güllə ilə yekunlaşır. Sevgisini kimsə ilə paylaşmayan əsas qəhrəman dünyadan nakam gedir.
Film haqqında Film 2007-ci ildə təqdim edilməli idi. Ancaq filmin rejissoru və ssenaristi Ağaəli Əliyevin vəfatı premyeranı bir xeyli yubatdı. Ona görə də filmin tamamlanma işlərini rejissor Faiq Kərimoğlu öz üzərinə götürdü.
Film üzərində işləyənlər Ssenari müəllifi: Ağaəli ƏliyevRejissor: Ağaəli Əliyev, Faiq KərimoğluOperator: Zaur, Tofiq, Rüfət, AsifRəssam: Arif İsmayılovBəstəkar: Nadir Əzimov, Vüqar Meyxanaçı, Rəşad Bağırov, Zamiq QasımovProdüser: Arzu Məmmədoğlu
Rollarda İzzət Bağırov — OrxanNatəvan Həbibi — NərminMehriban Xanlarova — SüdabəAnar Heybətov — ToğrulHəsənağa Vəzirov — AzərKazım Abdullayev — NuruSəidə Quliyeva — Sona xanım
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı2008-ci ilin Azərbaycan filmləri2000-ci illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:2008-ci ilin Azərbaycan filmləri