thumb Karetin dönüşü simvolu (carriage return CR) – cari sətrin başlanğıcına qayıtmağın zəruriliyini göstərən idarəedici simvol. Yazı maşınında karetin dönüşündən fərqli olaraq, bu simvol avtomatik olaraq növbəti sətrin başlanğıcına keçidi təmin etmir. Məsələn, əgər “Bu, bir örnəkdir” sözlərindən sonra yalnız CR gəlirsə, kursor və ya printer “Bu” sözünün birinci hərfinə qayıdacaq. ASCII simvollar yığınında CR simvolunun onluq kodu 13 ədədidir (onaltılıq kodu 0Dh). Çox zaman CR simvolu ilə birlikdə kursoru (və ya printerin çap başcığını) növbəti sətrə keçirən sətirkeçirmə (LINE FEED) simvolundan (onluq 10 ədədi və ya onaltılıq 0Ah ədədi) istifadə olunur.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər carriage return Carriage Return, CR

Kateqoriya:Yazı simvolları Kateqoriya:Mənbə kodu