Zəngiçay (Cülyan) kanyonu Girdimançay kanyonunun çıxışında ona qovuşur və özlüyündə Girdimançayın eyniadlı qolunun ensiz (bəzi yerlərdə bir neçə metr) və dərin (400–450m) girintili-çıxıntılı dərəsi ilə təmsil olunur; o, şimaldan cənuba Namazgah sinklinalının qeyd olunan qanadını kəsir və şimalda bənzərsiz gözəlliyi ilə göz oxşayan və ölçüsünün böyüklüyünə görə (sahəsi təxminən 100 km², dərinliyi 1300-) güclü təsir bağışlayan həlqəvi formalı Müdrəsə çuxurunun bütün su axınını özündən keçirir.

Həmçinin bax Qudyalçay kanyonu Qaraçay kanyonu Girdimançay kanyonu Təngi kanyonu Qarqarçay kanyonu

Mənbə "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013 ''

Kateqoriya:Azərbaycan kanyonları