Məmmədrza Abdulla oğlu Afiyət Mərəndi () — Azərbaycan yazıçısı, jurnalist, tərcüməçi, Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və "Azərbaycan" qəzetinin redaktoru.
Həyatı
Məmmədrza Abdulla oğlu Afiyət 1926-cı il yanvarın 22-də Azərbaycanın Qazax rayonunda anadan olub. 1932-ci ildə ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə bitirib. 21 Azər hərəkatında iştirak edib. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra təhsil almaq üçün Bakıya gönərilib. Burada Bakı hərbi piyada məktəbində təhsil alıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Bakıya qayıdıb. Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Təbrizdə fəaliyyət göstərən "Şairlər və yazıçılar cəmiyyəti" 1947-ci ildən etibarən Bakıda, "Azərbaycan Yazıçılar Cəmiyyəti" adı ilə fəaliyyət göstərməyə başlayıb. Məmmədrza Afiyət Mərəndi də bu cəmiyyətin üzvü olub. 1948-1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 30 ilə yaxın Azərbaycan Demokrat Firqəsinin mətbu orqanı olan "Azərbaycan" qəzetinin baş redaktoru vəzifəsini icra edib.
Jurnalistika ilə yanaşı yazıçılıqla da məşğul olub. Bir müddət Mərənddə yaşadığı üçün özünə "Mərəndi" ləqəbini götürüb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Onun müxtəlif vaxtlarda "Səttərxan", "Ürəkdə işıq", "Atamı istəyirəm" adlı kitabları nəşr edilib. Səməd Behrənginin "Balaca qara balıq", "Çuğundur satan oğlan", "Məhəbbət nağılı" kimi hekayələrini fars dilindən Azərbaycan dilinə tərcümə edib.
2011-ci il aprelin 24-də Bakıda dünyasını dəyişib. Maştağa qəbiristanlığında dəfn olunub.
?
Əsərləri "Alov" (1959) "Atamı istəyirəm" (1961) "Sərdari-milli Səttərxan" (1968) "Məşrutə İnqilabı və Pəhləvi dərbarının xəyanətləri" (1978) "Sərdare-milli Səttərxan" (1980) "Ürəkdə işıq" (1984)
Tərcümələri "Balaca qara balıq" (1978) "Cuğundur satan oğlan" (1960) "Məhəbbət nağılı" (1987)
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri