Məmməd Abdulla oğlu Cəfərov () — Sosialist əməyi qəhrəmanı (1949).
Həyatı Məmməd Cəfərov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1941–82-ci illərdə keçmiş Naxçıvan rayonundakı "Azərbaycan" kolxozunda briqadir, sonralar sədr, Naxçıvan şəhər inkubator stansiyasında direktor, Şərur rayonundakı 3 saylı tütünçülük sovxozunda direktor və s. vəzifələrdə işləmişdir.
1982-ci ildən Babək rayonundakı Böyükdüz cins düyə yetişdirmə kompleksinin direktoru idi. 1948-ci ildə qoyunçuluq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. Azərbaycan SSR Ali Sovetinin (3-cü çağırış) deputatı seçilmişdir.
"Əmək şöhrəti" ordeni ilə təltif edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ heyvandarları