İnformasiya mərkəzi (, ~ tr. bilgi merkezi) – adətən, böyük kompüter kompleksi və onunla bağlı olan yerlər (binalar); təşkilatda informasiyanın idarə olunması və paylanması mərkəzi. Bu termin informasiyanın seçilib götürülməsi və qərar qəbul edilməsi prosesinə yardım üçün nəzərdə tutulmuş xüsusi növ hesablama sisteminə də aid edilə bilər; belə sistemdə informasiya, adətən, yalnız oxumaq üçün nəzərdə tutulub və informasiyanı göndərən başqa sistemlərdən çıxarılan və ya alınan verilənlərdən ibarətdir.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Kateqoriya:İnformatika Kateqoriya:İnformasiya