Üçdilim dağrazyanası — Hündürlüyü 50–150 sm, gövdəsi əsasında kökətrafı yarpaqların ölmüş qalıqlarından ibarət tünd nazik lifli qın geyinmişdir, düz, silindrik, nazik şırımlı, göyümtül rəngdədir, orta hissəsindən yuxarısı budaqlanmış çoxillik çılpaq ot bitkisidir. Kökü qalındır.Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı, 2016
Yarpaq Kökətrafı yarpaqları uzun saplaq üzərindədir; yarpaq ayası üçər olub, iki-üç dəfə yarıya bolünmüşdür; hissələri iridir, uzunluğu 2,5–5 sm-dir, enli yumurtaşəkillidir, qaidə hissəsi ürəkşəkillidir, bütövdür, 3 bölümlüdür, kənarları seyrək və iri dişlidir; yuxarı yarpaqları oturaq, uzun şiş qınlıdır, daha az bölünmüşdür.
Çiçək Çətirləri uzunluğu (bar verən zaman) 8–12 sm olan (10) 15–20 ədəd uzunluğuna görə eyni olmayan şüalara malikdir. Ləçəkləri ağ rəngdədir. Qını 1–5 ədəd neştərvari tökülən yarpaqcıqlardan ibarətdir və ya yoxdur.
Meyvə Meyvələrinin uzunluğu 7–8 mm, eni 4 mm-ə yaxındır.
Çiçəkləməsi May-İyul
Meyvə verməsi İyul-Avqust
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax.dağ. (Şahbuz r.) Orta dağ qurşağına qədər.
Yaşayış mühiti Meşə və kolluqlarda rast gəlinir.
Təsərrüfat əhəmiyyəti Meyvələrində efir yağı vardır.
İstinadlar
Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası