250px|thumb|right| KODAK LED printer LED printer (en. LED printer - Light-Emitting diode printer) – LCD və lazerli printerlərə bənzəyən elektrofotoqrafik printer; onda da tozşəkilli boyaq maddəsinin (tonerin) köməyilə görüntünü formatlaşdırmaq üşün elektrostatik yüklənmiş barabandan istifadə olunur. Baraban görüntüyə uyğun olaraq şüa ilə işıqlandırma yolu ilə yüklənir. Buna görə də LED-printerləri çox zaman yanlış olaraq lazerli printerlər adlandırırlar, ancaq onlar işıq mənbələrinə görə fərqlənirlər. LED-printerlərdə istifadə olunan işıq-diodları massivi baraban fırlandıqca yanıb-sönməklə görüntünü onun üzərinə vurur. İşıq mənbələri massivindən istifadə olunduğundan, LED-printerlər bir işıq mənbəyindən istifadə edən lazerli printerlərə nisbətən daha çox elektrik enerjisi sərf edir.

Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Həmçinin bax Printer

Xarici keçidlər ''Kompüterin tərkib hissələri

''HP

''Epson

Kateqoriya:Kompüter Kateqoriya:Printerlər